Tərlan Əhmədov: "Onlar bizə 4 top vura bilblərsə, biz də bunu edə bilərik"

07.08.2012 | 6740 dəfə oxunub



Sabah Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Neftçi” -  “Hapoel” oyunundan əvvəl bu gün çempionumuzun məşqçisi Tərlan Əhmədov oyunqabağı mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, T.Əhmədov əvvəlcə bildirib ki, ilk oyunda böyükhesablı məğlubiyyətə baxmayaraq, hələ də ümidlərini itirməyiblər: “Ümid sonda ölür. Onlar bizə 4 top vura biliblərsə, biz də bunu edə bilərik. Ümidimiz var ki, sabah 4 topun əvəzin çıxaq”.

Gənc mütəxəssis bildirib ki, sabahkı oyunda bəzi gənc futbolçulara şans verə bilərlər: “Gedən futbolçular Azərbaycanın ən yaxşıları idi. Amma həyat davam edir. Bizim əvəzedici heyətdən gələn yaxşı futbolçularımız var. Bundan sonra onlara şans yaradacağıq. Məsələn Emin Hehdiyev. Çox güman ki, sabah Eminə müdafiənin sağ cinahında şans verəcəyik. Saşa Yunisoğlunun da start heyətində meydana çıxacağı gözlənilir. Biz Rail, Mitreski və Raufa çox inanırdıq, amma son 3 oyunu analiz etdik, onların getməsinə qərar verdik. Mərhələ keçən heyətə toxunmamışdıq. Buna görə də, Raufa ilk oyunda əsas heyətdə şans vermişdik, amma göründü ki, səhv etmişik. Rodriqinyonun meydana çıxması hələ tezdi, belə oyunlarda ona şans verməyimiz düzgün çıxmaz. İki gün əvvəl "Qaradağ Lökbatan"la keçirilən yoxlama oyununda ona şans verdik, amma özünü yaxşı göstərə bilmədi. O, hələ tam hazır deyil. İlk növbədə sabah futbolçular böyük əzmkarlıq, istək,  cəsarət göstərməlidirlər. Bunlar olsa, nəyəsə ümid etmək olar".





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail