“Hapoel”in baş məşqçisi: “Bakıda möcüzənin qeydə alınmasına imkan verməyəcəyik”

07.08.2012 | 5269 dəfə oxunub


Sabah Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Neftçi” -  “Hapoel” oyunundan əvvəl bu gün qonaqların baş məşqçisi Gili Landau oyunqabağı mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, 54 yaşlı mütəxəssis “Neftçi”nin son ev oyunlarını izlədiyini bildirib: “Bura gəldiyimiz üçün çox şadam. Düzdür, ilk oyunda böyükhesablı qələbə qazanmışıq. Lakin “Neftçi”nin evdə yaxşı oynadığını bilirik. Komandanın evdə keçirdiyi son oyunlarına da baxmışam. Rəqibə hörmətlə yanaşırıq, amma biz sabahkı oyunda bir qol vursaq, “Neftçi” üçün hər şey bitəcək”.

G.Landau Bakıdan qələbə ilə ayrılmaq istədiklərini bildirib: “Ümid edirəm ki, Bakıdan qalib ayrılacağıq. Bizim evdə "Neftçi"ni 4:0 hesabı ilə udmağımız təəccüblü idi. Amma işimizi səbrlə gördük və bunun da nəticəsi olmalı idi. Amma matça arxayın çıxmayacağıq. Hesab edəcəyik ki, sanki bura 0:0 hesabı ilə gəlmişik”.

İsrailli mütəxəssis “Neftçi”nin güclü mövqeyini də açıqlayıb: “Rəqibin orta xətti çox güclüdür. Amma sabahkı oyunda əsas heyətin bəzi üzvlərinə istirahət də verə bilərəm. Bunu son məşqdən sonra dəqiqləşdirəcəyəm”.

G.Landau oyunun penaltilərə qədər uzanacağına inanmır: “Biz penaltilər seriyasına hazırlaşmamışıq. Çünki dəhşətli şeylər barədə düşünmürük. Biz Bakıda möcüzənin qeydə alınmasına imkan verməyəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail