London-2012: Stadnik finalda uduzdu YENİLƏNİB

08.08.2012 | 10655 dəfə oxunub



Bu gün XXX Yay Olimpiya Oyunlarında 48 kq çəki dərəcəsində qadınlar arasında güləş yarışları keçiriləcək. Stadium.az xəbər verir ki, bu yarışda ölkəmizi təmsil edəcək Mariya Stadnik üçün püşkün nəticəsini uğurlu dəyərləndirmək olar. Belə ki, güləşçimiz finaladək son olimpiya çempionu olan kanadalı Carol Huynh və favoritlərdən olan yaponiyalı Obara Hitomi ilə üz-üzə gəlməyəcək.

İlk mərhələdən azad olan Stadnik 1/8 finalda Shasha Zhao (Çin) - Clarissa Kyoko Mei Ling Chun (ABŞ) cütünün qalibi ilə görüşəcək.

Artıq Stadnikin rəqibi məlumdur. İdmançımız 1/8 finalda ABŞ güləşçisi  Clarissa Kyoko Mei Ling Chunla qarşılaşacaq.Görüş Bakı vaxtı ilə 17:24-də başlayacaq.

Stadnik olimpiadaya uğurla start verib. İdmançımız hər iki hissədə rəqibinə (2:0; 3:0) qalib gələrək, 1/4 final mərhələsinə yüksəlib.

Artıq Stadinik növbəti rəqibi də məlumdur. İdmançımız 1/4 finalda polşalı güləşçisi Nina Matkovska ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 18:28-də başlayacaq.

İdmançımız uğurlu çıxışını bu dəfə də davam etdirdi. Stadnik polşalı rəqibini məğlub edərək, yarımfinala yüksəldi. Finalın bir addımlığında Stadnik ukraynalı İrini Merlini ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:16-da başlayacaq.

Stadnik möhtəşəm çıxışını yarımfinalda da davam etdirib. Güləşçimiz ukraynalı rəqibini hər iki hissədə məğlub edərək (3:0; 1:0), finala yüksəlib. Bununla da Stadnik avtomatik Azərbaycana olimpiadada 6-cı medalı qazandırıb. Ümid edirik ki, güləşçimiz finalda da bizləri sevindirməklə Azərbaycana XXX Yay Olimpiya Oyunlarında ilk qızıl medalı qazandıracaq. Stadnikin finaldakı rəqibi isə yaponiyalı güləşçi Hitomi Obara olacaq. Yapon güləşçi yarımfinalda ötən olimpiadada məhz Stadniki üstələyən kanadalı Carol Huynhu məğlub edib. Stadniklə yapon güləşçi arasında baş tutacaq final görüşü Bakı vaxtı ilə 23:03-də başlayacaq.       

Təəssüf ki, Mariya Stadnik də ölkəmizə qızıl medalı qazandıra bilmədi. Güləşçimiz ilk yarında sonra hesabda irəlidə olsa da, üstünlüyü əldən verərək, finalda uduzdu və gümüş medalla kifayətləndi. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail