Dünya çempionatı Bakı klublarını didərgin saldı

08.08.2012 | 5364 dəfə oxunub


Bu il Bakıda təşkil olunacaq FIFA U-17 qadınlararası dünya çempionatı ilə əlaqədar Azərbaycan Premyer Liqasının oyunları bir müddət Bakıda keçirilməyəcək. Stadium.az xəbər verir ki, bu müddətə təsadüf edən üç turun Bakıda keçirilməli olan oyunları bölgələrdə təşkil olunacaq. Matçlar əsasən Qəbələ, Zaqatala, Yevlax və digər şəhərlərdə keçiriləcək. PFL-dən bildirilib ki, bununla bağlı artıq klublara bildiriş göndərilib.

U-17 qadınlararası dünya çempionatı Lənkəran şəhər mərkəzi stadionunda da keçiriləcəyindən, "Xəzər Lənkəran" da göstərilən müddətdə ev oyunlarına başqa stadionda çıxacaq. "Xəzər-Lənkəran"a görüşlərini Yevlax şəhər stadionunda keçirmək təklif edilib.

Qeyd edək ki, bu il sentyabrın 22-dən oktyabrın 13-dək Bakıda FIFA U-17 qadınlararası dünya çempionatı təşkil olunacaq. Komandalar dörd qrupda mübarizə aparacaqlar:


A qrupu: Azərbaycan, Kolumbiya, Nigeriya, Kanada

B qrupu: Fransa, ABŞ, Şimali Koreya, Qambiya

C qrupu: Meksika, Yeni Zelandiya, Braziliya, Yaponiya

D qrupu: Uruqvay, Çin, Qana, Almaniya


Trend


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail