“Simurq”un sabiq baş məşqçisi üçün qırmızı vərəqə

08.08.2012 | 4375 dəfə oxunub


“Simurq”un sabiq baş məşqçisi Sergey Yuran cəzalanıb. Stadium.az xəbər verir ki, hazırda “Sibir” klubunu çalışdıran Yuran dünən Rusiya çempionatının birinci divizionunda beşinci tur çərçivəsində “Ximki”yə qarşı keçirilən matçda qırmızı vərəqə alıb. Matçın son anlarında yetirmələrinin qələbə topunu vurması Yuranı hədsiz dərəcədə sevindirib və o meydana daxil olaraq qol sevincini futbolçularla birgə elə meydandaca qeyd edib. Bu səbəbdən də matçın hakimi Yuranı tribunaya göndərib.

Baş verən hadisə ilə əlaqədar ötənlərin məşhur futbolçusu deyib: “Bu görüşdə qələbə biz xal, həm də psixoloji baxımdan çox vacib idi. Son anlarda gələn qol hədsiz sevincimə səbəb oldu. Bu səbəbdən də meydana daxil oldum. Amma hakimin düzgün qərar qəbul etdiyini dəqiq deyə bilmərəm. Çünki səhv etmirəmsə, sonuncu Avropa çempionatında belə bir qayda yox idi”.

Qeyd edək ki, görüş “Sibir”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın ilk qoluna isə hələ dünən matçın gedişi zamanı xəbər verdiyimiz kimi, sabiq “Simurq”lu Robertas Poşkus imza atıb. Yuran Azərbaycanda da sərəncamında çıxış etmiş litvalı forvard haqda deyib: “Poşkusun oyunundan razıyam. Çox sevinirəm ki, o bu qarşılaşmada fərqlənə bildi”.     



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail