London-2012: Ratkeviç Azərbaycana yeddinci medalı qazandırdı YENİLƏNİB

09.08.2012 | 8937 dəfə oxunub



Bu gün ikinci qadın güləşçimiz Yuliya Ratkeviç də mübarizəyə qoşulub. Stadium.az xəbər verir ki, 55 kq çəki dərəcəsində yarışan dünya və Avropa çempionumuz ilk mərhələdən azaddır. 1/8 finalda isə Ratkeviç Yunanıstan güləşçisi Maria Prevolaraki ilə qarşılaşıb.

İdmançımız yarışa uğurla start verib. Ratkeviç Prevolarakini məğlub edərək, 1/4 finala adlayıb. Burada təmsilçimizi çox güclü rəqib gözləyir. Ratkeviç 1/4 finalda Saori Yoshida (Yaponiya) ilə qarşılaşacaq. Saori bu çəkinin 1 nömrəli favoritidir. Yaponiyalı idmançı 9 qat dünya (2002, 2003, 2005, 2006, 2007, 2008, 2009, 2010, 2011) və 2 qat olimpiya (2004, 2008) çempionudur. 

Təəssüf ki, Yuliya güclü rəqibi ilə bacarmayıb. Yaponiyalı idmançıya 0:3 hesabı ilə uduzan güləşçimiz bürünc medal qazanmaq üçün təsəlliverici görüşlərə qatıla bilər. Bunun üçün yaponiyalı güləşçi finala yüksəlməlidir. Bu halda Ratkeviç bürünc medala sahib çıxmaq üçün 2 görüşü qələbə ilə başa vurmalıdır.  

Yaponiyalı güləşçi finala yüksəlib. Bu isə idmançımızın bürünc medal uğrunda yarışması üçün şərait yaradır. Ratkeviç ilk təsəlliverici görüşündə ABŞ güləşçisi Kelsey Kempellə qarşılaşacaq. Qələbə qazanacağı halda Ratkeviç bürünc medal uğrunda həlledici görüşə çıxacaq və bu zaman rusiyalı Valeriya Zhobolova ilə yarışacaq. Ratkeviçin Kempellə görüşü Bakı vaxtı ilə 22:15-də start götürəcək.   

Ratkeviç ABŞ idmançısını məğlub edərək, bürünc medala 1 addım da yaxınlaşdı. İndi güləşçimizi bürünc medaldan yalnız 1 qələbə ayırır. Ratkeviç son görüşündə rusiyalı Valeriya Zhobolova ilə qarşılaşacaq. Qələbə qazanacağı halda Ratkeviç ölkəmizə yeddinci medalı qazandıracaq. Görüş Bakı vaxtı ilə saat 22:54-də başlayacaq.  

Ratkeviç inamlı çıxışını həlledici qarşılaşmadada da davam etdirib. Rusiyalı ilə görüşdə möhtəşəm çıxış edən Ratkeviç rəqibini məğlub edərək, bürünc medal qazanıb. Bu, idmançılarımızın Londonda qazandıqları sayca yeddinci medaldır.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail