"Neftçi" - "Hapoel" qarşılaşmasında DÇ-nin təbliğatı FOTOLENT

09.08.2012 | 5872 dəfə oxunub


UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Dalğa Arena"da "Neftçi" və "Hapoel" klubları arasında keçirilmiş oyunda FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin də təbliğatı aparılıb. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, Dünya Çempionatının Yerli Təşkilat Komitəsinin təşkil etdiyi təbliğat aksiyasında oyunu izləmək üçün stadiona daxil olan azarkeşlərə çempionatın təbliğat materialları - bilet satış nöqtələri, bilet qiymətləri haqqında məlumat, çempionat oyunlarının cədvəli, U-17 milli yığmamızın qızları haqqında informasiya və s. broşurlar paylanıb. Qarşılaşmanın əvvəlində oyunçular stadiona DÇ-nin rəsmi talismanı Top Top Qızla birlikdə çıxıblar. Oyun müddətində azarkeşlər arasında gəzən, fasilə zamanı isə stadionda rəqs edən, izləyiciləri salamlayan Top Top Qız hər kəsi çempionat zamanı da komandaları dəstəkləməyə dəvət edib. Oyundan əvvəl və fasilə zamanı stadionun diktoru "Neftçi" - "Hapoel" qarşılaşmasını izləməyə gələn azarkeşlərə dünya çempionatının təşkil olunacağı stadionlar, Top Top Qızın tarixçəsi, çempionatın keçirilmə tarixləri, açılış və final oyunları, bilet satış nöqtələri və s. barədə məlumat verib.

Xatırladaq ki, təbliğat işinin həyata keçirilməsində YTK nümayəndələri çempionatın təşkili və təbliği üçün cəlb olunmuş könüllülərlə müştərək şəkildə işləyiblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail