London-2012: Hər iki taekvandoçumuz medala həsrət qaldı YENİLƏNİB

10.08.2012 | 7104 dəfə oxunub



Bu gün XXX Yay Olimpiya Oyunlarında taekvondoçularım mübarizəyə qoşulublar. Stadium.az xəbər verir ki, idmançılarımız mübarizəyə 1/8 finaldan start veriblər. 

Ramin Əzizov 80 kq

Reytinqdə 1-ci olan Ramin Əzizov ilk döyüşündə Olimpiya Oyunlarının 2 qat qalibi və bürünc mükafatçısı, 5 qat dünya çempionu, yarışın favoritlərindən sayılan 33 yaşlı amerikalı idmançı Stiven Lopeslə qarşılaşıb.

Əzizov turnirə uğurla start verib. İdmançımız təcrübəli rəqibi üzərində 3:2 hesablı qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib. Əzizov 1/4 finalda Rasul Abduraim (Qırğızıstan) - Mauro Sarmiento (İtaliya) cütünün qalibi ilə görüşəcək.

Artıq idmançımızın rəqibi məlumdur. Əzizov yarımfinala adlamaq üçün italiyalı Mauro Sarmientonu məğlub etməlidir. Qeyd edək ki, görüş Bakı vaxtı ilə 19:15-də start götürəcək. 

Təəssüf ki, Ramin italiyalı rəqibini sıradan çıxarmağa müvəffəq olmayıb. Əzizov Sarmientoya 1:2 hesabı ilə uduzaraq, yarımfinala həsrət qalıb. 

İtaliyalı taekvandoçu yarımfinalda ispan Nikolas Garsia Hemmeyə uduzdu. Bu nəticədən sonra Əzizov bürünc medallar uğrunda təsəlliverici gprüşlərə qatılmaq imkanından məhrum oldu. 


Fəridə Əzizova 67 kq

Digər taekvondoçumuz Fəridə Əzizova isə kanadalı Karin Sergeri ilə görüşüb. Kmanda yoldaşından fərqli olaraq Əzizova yarışa uğursuz start verib. Taekvandoçumuz kanadalı rəqibinə 0:1 hesabı ilə uduzaraq, 1/4 finaldan kənarda qalıb.

İdmançımız artıq bürünc medal aınsını da itirdi. Çünki kanadalı taekvandoçu növbəti görüşündə sloveniyalı idmançıya uduzdu. Bununla da Fəridə təsəlliverici görüşlərə qatılmaq imkanından məhrum oldu. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail