Mahir Şükürovu “Neftçi”yə ... Berti Foqts transfer etdirib

10.08.2012 | 6767 dəfə oxunub


Bir müddət əvvəl qəti şəkildə Mahir Şükürovla maraqlanmadıqlarını bildirən “Neftçi”nin məşqçilər korpusu və rəsmilərinin birdən-birə fikirlərini 180 dərəcə dəyişib, milli üzvü ilə rəsmi müqavilə imzalaması böyük maraq doğurur. Görəsən, 1 həftənin içində nə dəyişib? Bu barədə müəyyən araşdırmalar aparıb, bəzi məlumatları əldə etdik.

Şükürovun “Neftçi”yə transfer olunmasının səbəbkarı Berti Foqtsdur. Bəli, səhv eşitmədiniz, məhz Foqts. Sevimli futbolçusunun klubsuz qalmasına dözə bilməyəm Foqts bu məsələni Elxan Məmmədovla müzakirə edib. Daha sonra isə söhbəti AFFA prezidenti Rövnəq Abdullayevə çatdırıblar. Foqts iki ayağını bir başmağa dirəyib ki, bu futbolçu klubsuz qalmamalıdır. “Mən camaatən içində söz vermişəm ki, klubsuz futbolçunu milliyə çağırmayacağam. Mahirsiz milli isə heç nə yaramayacaq. Ona görə nə edirsiz edin, onu “Neftçi”yə sırıyın”. Söhbətin yekunu isə hamınız yaxşı bilirsiniz. Şükürov artıq çempionun futbolçusudur.

Burda təəccüblü heç nə yoxdur. Foqts birinci dəfə deyil ki Mahirə daydaylıq edir. Şükürov dopinqdə ilişəndə də alman məşqçi öz əlaqələrini işə salaraq, onu uzunmüddətli cəzadan qurtarmışdı. Bu da ikinci. Amma çox maraqlıdır, görəsən, ildə bir maşın, e, klub dəyişən Şükürovun hansı cəhəti onu Foqtsun gözündə əvəzolunmaz edib?



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail