“Neftçi” yenidən Solari ailəsinə qarşı

10.08.2012 | 4236 dəfə oxunub


Xəbər verdiyimiz kimi, çempionumuz “Neftçi” Avroliqanın play-off  mərhələsində Kiprin “Apoel” klubu ilə qarşılaşacaq. Stadium.az xəbər verir ki, kiprlilərin sifariş vərəqəsində 3 hücumçu yer alıb ki, onlardan biri də Esteban Solaridir. Maraqlıdır ki, Estebanın qardaşı David “Neftçi”ni Çempionlar Liqasından kənarlaşdıran İsrail “Hapoel”ində çıxış edir. Argentinalı futbolçu “Neftçi”yə qarşı ilk matçda meydana start heyətində çıxmışdı. Lakin Solari görüşün 20-ci dəqiqəsində zədələnərək, meydanı vaxtından əvvəl tərk etmişdi. Göründüyü kimi indi “Neftçi” yenidən Solarilər ailəsinin daha bir üzvünə qarşı oynayacaq. Qeyd edək ki, həm Esteban, həm də David məşhur futbolçu, bir vaxtlar Madrid “Real”ı və İtaliya “İntert”in forma geyən Santyaqo Solarinin kiçik qardaşlarıdılar. Solarilərin daha bir məşhur futbolçu, uzun illər “Real”ın aparıcı üzvü olan Fernando Redondonun da qohumu olduqlarını əlavə edək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

09.12.2019

11:32  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

08.12.2019

16:28  "Sabah" - "Neftçi" - HEYƏTLƏR

14:31  "Sumqayıt" - "Qəbələ" - HEYƏTLƏR

14:30  "Zirə" - "Səbail" - HEYƏTLƏR

13:12  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

11:59  Beqoviçlə bağlı yeni iddia - digər Premyer Liqa klubuna keçir?

07.12.2019

23:14  "Montpelie" - PSJ - 1:3 VİDEO

19:15  "Real" - "Espanyol" - 2:0 VİDEO

12:31  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

08:13  "Qarabağ" - "Keşlə" - FOTOLENT

06.12.2019

20:54  "Qarabağ" yenə xal itirdi - YENİLƏNİB

18:46  "Qarabağ" - "Keşlə" -HEYƏTLƏR

05.12.2019

14:32  İlin son təyinatları - Azərbaycan Premyer Liqası

02:24  PSJ - "Nant" - 2:0 VİDEO

   
  O Q H M T-f X
1. Qarabağ 14 9 4 1 24-7 30  
2. Keşlə 14 6 5 2 18-12 23  
3. Neftçi 13 6 4 3 20-11 22  
4. Sumqayıt 13 5 2 6 17-19 17  
5. Zirə 13 3 5 5 14-21 14  
6. Sabah 13 3 4 6 14-16 13  
7. Səbail 13 3 3 7 9-20 12  
8. Qəbələ 13 3 3 7 13-23 12  
08.12Sabah ---Neftçi
08.12Zirə ---Səbail
08.12Sumqayıt ---Qəbələ
06.12Qarabağ 2-2Keşlə
01.02Zirə -Sabah
01.02Neftçi -Sumqayıt
02.02Səbail -Qarabağ
02.02Qəbələ -Keşlə