UEFA “APOEL” - “Neftçi” oyununun yerini dəyişdi - ÖZƏL

11.08.2012 | 7720 dəfə oxunub

UEFA Avroliqanın play-off mərhələsində keçiriləcək “APOEL” - “Neftçi” görüşünün yerini dəyişib. Bu haqda Stadium.az-a klubun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. Onun sözlərinə görə, UEFA-nın qərarına əsasən çempionumuz ilk oyununu evdə keçirəcək. Qitə futbol qurumunun belə qərar qəbul etməsi heç də əsassız deyil. Çünki “APOEL”lə Kiprin Çempionlar Liqasındakı təmsilçisi “AEL Limassol” klubları ev oyunlarını eyni stadiondan keçirirlər. “AEL Limassol” Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində ilk matçını evdə keçirəcək. İki komandanın ardıcıl iki gündə eyni stadionun xidmətindən yararlana bilməsi isə UEFA-nın əsasnaməsinə ziddir. Bu səbəbdən də “APOEL” çempionumuzla ilk oyunu evdə deyil, səfərdə keçirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail