London-2012: Aliyə Qarayeva dördüncü oldu YENİLƏNİB

11.08.2012 | 9429 dəfə oxunub



XXX London Yay Olimpiya Oyunlarında bədii gimnastika üzrə yarışlara bu gün yekun vurulacaq. Stadium.az xəbər verir ki, çoxnövçülük üzrə keçirilən turnirin finalında mübarizə aparacaq 10 gimanst arasında həmyerlimiz Aliyə Qarayeva da var. Qarayeva çempionluq uğrunda rusiyalılar - Yevgeniya Kanayeva, Dariya Dmitriyeva, bolqarıstanlı Silviya Mitieva, belaruslu Liubou Çarkasina, cənubi koreyalı Son Yeon Jae, ukraynalılar - Alina Maksimenko,  Qanna Rizatdinova, polşalı Joanna Mitroş və israilli Neta Rıvkinlə mübarizə aparacaq.

Təsnifat mərhələsində yalnız Kanayeva və Dmitriyevadan geri qalaraq üçüncü olan Qarayeva Bakı vaxtı ilə saat 17:30 başlayan finalda öncə həlqə ilə bacarığını göstərib. İdmançımızın ilk çıxışı hakimlər tərəfindən 27,925 bala layiq görülüb. Bu nəticə ilə Qarayeva hazırda dördüncü pillədə qərarlaşıb.Artıq bütün idmançılar ilk mərhələdi çıxışlarını başa vurdular. İlk mərhələdən sonra Aliyə Qarayeva altıncı pillədə qərarlaşıb.

İdmançımız artıq topla kompozisiyasını da təqdim etdi. Bu dəfə Qarayeva hakimlər tərəfində 27,825 bala layiq görüldü. Hazırda iki hərəkətin cəminə görə gimnastımızın aktivində 55,750 bal var. Bu nəticə ilə Aliyə Qarayeva hazırda üçüncü pillədə pillədə qərarlaşıb. Artıq bütün idmançılar ikinci mərhələdəki çıxışlarını başa vurublar. İkinci mərhələdən sonra Aliyə Qarayeva beşinci pillədə qararlaşıb.  

Aliyə daha sonra gürzlərlə bacarığını nümayiş etdirib. Bu dəfə idmançımız hakimlər tərəfində 27,575  bala layiq görülüb. Üç hərəkətin cəmində isə Aliyənin hesabında 83,325 bal var. Bu dəqiqəyə olan nəticələrə görə Aliyə ikincidir. Artıq bütün idmançılar III mərhələdəki çıxışlarını başa vurublar. 3 mərhələdən sonra Aliyə Qarayeva dördüncü pillədə qərarlaşıb.  

24 yaşlı Avropa çempionumuz sonda lentlə final mərhələsindəki çıxışını başa vurub. Bu dəfə Aliyə 28,250 bala layiq görülüb. Qarayeva finaldakı çıxışını 111,575 balla başa vurdu. Hələlik idmançımız birincidir. Lakin daha 8 idmançı son mərhələdə çıxış edəcək. Artıq bütün idmançılar çıxışlarını başa vurdular. Təssüf ki, Qarayeva medal qazana bilmədi. İdmançımız yalnız dördüncü olub. İlk iki pillə ruslara qismət olub. Yevgeniya Kanayeva qızıl, Dariya Dmitriyeva gümüş,  belaruslu Liubou Çarkasina isə bürünc medal qazanıb.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail