Teymur Məmmədov: “Mən uduzmamışam”

11.08.2012 | 6578 dəfə oxunub


“Birinci döyüşüm çox ağır keçdi. Çünki çoxdan idi rəsmi döyüşdə iştirak etmirdim. Amma ikinci görüşüm normal alındı”. Stadium.az xəbər verir ki, bu sözləri boksçumuz, XXX Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov İTV-ə verdiyi müsahibəsində deyib.

19 yaşlı əlcək sahibi yarımfinaldakı məğlubiyyətinə görə hakimləri qınayıb: “Mən uduzmamışam. Bilmirəm ki, niyə belə oldu? Hakimlərin qərarına heç cür anlaya bilmirəm. Üçüncü hissədə o məndən 5 xal çox qazana bilməzdi. Çünki mən son hissədə qapalı döyüşürdüm. Qapalı döyüşən boksçunu isə 5 xallıq fərqlə üstələmək qeyri-mümkündür. O 2, maksimum 3 xal çox qazana bilərdi. Axı mən də yerimdə durmurdum. 2-3 dəqiq zərbə də mən endirmişdim. Amma hələ də hakimlərin belə qarar qəbul etməsini anlamıram”.

T.Məmmədov növbəti Olimpiya Oyunlarında məqsədinin yalnız qızıl medal qazanmaq olduğunu bildirib: “4 ildən sonrakı olimpiadada qızıl medal qazanmalıyam. İnşallah bütün gücümü məhz bunun üçün sərf edəcəyəm. Yalnız təəssüflənirəm ki, hakimlərin qərarı ilə qalib elan olunan Russo ilə həmin vaxt qarşılaşa bilməyəcəyəm. Çünki bu onun son olimpiadasıdır. O “pensiya”ya gedir”.

Gənc boksçumuz hakimlərin qərarını dəyişəcəklərinə inanmır: “Düzdür, bizimkilər hakimlərin qərarı ilə bağlı protest veriblər. Amam olimpiadada bu cür vəziyyət çox nadir hallarda baş verir. Bu səbəbdən də əminəm ki, qərar dəyişməyəcək”.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail