“Xəzər Lənkəran” 1223 günlük həsrətə son qoydu

14.08.2012 | 5884 dəfə oxunub

 

Premyer Liqanın II turunda “Kəpəz”i 4:0 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” ölkə çempionatlarındakı ev matçlarında ardıcıl 2-ci böyükhesablı qələbəsini qazanıb. Stadium.az cənub klubunun rəsmi internet saytına istinadən xəbər verir ki, ötən mövsümə “Qarabağ” üzərindəki 4:1 hesablı qələbə ilə yekun vuran Yunis Hüseynovun yetirmələri yenə 4 qol vurmaqla bunu bacarıb.

 Bu, “Xəzər Lənkəran”ın tarixində 49-cu belə qələbəsidir. Ölkə çempionatında 37-ci fərqli qələbəyə sevinən futbolçular kubokda 11, “Birlik kuboku”nda 1 dəfə böyükhesablı qələbə qazanıb. Hüseynovun rəhbərliyi altında 2-ci böyükhesablı qələbə həm də mütəxəssisin fəaliyyəti vaxtındakı ən böyük fərq qeydə alınıb.

Ümumilikdə isə tarixində 22-ci dəfə 4 və daha çox fərqlə qalib gələn “Xəzər Lənkəran” 1223 gün idi ki belə zəfər çalmırdı. Buna sonunсu dəfə 2009-cu il aprelin 5-də təsadüf olunub. Həmin vaxt “Standard” Lənkərandan 0:4 hesablı yenilgi ilə ayrılıb. 2008/09 mövsümündəki həmin qələbədən sonra 3 top fərqinə dəfələrlə nail olunsa da, belə darmadağın qeydə alınmırdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail