Sabiq “Simurq”luların növbəti qələbəsi

14.08.2012 | 4337 dəfə oxunub


“Simurq”un sabiq baş məşqçisi Sergey Yuran çalışdırdığı “Sibir” klubunda növbəti, ardıcıl ikinci qələbəsini qazanıb. Stadium.az xəbər verir ki, Sibir təmsilçisi Rusiya çempionatının birinci divizionunun altıncı turu çərçivəsində səfərdə “Baltika”nın qonağı olub. Yuran bu matçda daha bir sabiq “Simurq”lu Vidas Alunderisə start heyətində şans verib və litvalı görüşü əvəzolunmadan keçirib. Lkain ötən turda “Sibir”in heyətində ilk qolunu vuran “İnter” və “Simurq”un sabiq üzvü Rovertas Poşkusun adı oyunun protokoluna daxil edilməyib. Görüş Yuranın komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 50-ci dəqiqədən etibarən meydanda azlıqda qalan “Sibir” nəinki 1:0-lıq üstünlüyünü qoruyub, hətta daha iki qol vuraraq, çətin Kalininqrad səfərindən böyükhesablı qələbə ilə dönüb. Bu qələbədən sonra xallarının sayını 10-a yüksəldən “Sibir” turnir cədvəlində dördüncü pilləyə yüksəlib. Yuranın komandası hazırda lider “Tom”dan 3 xal geri qalır.  

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail