Foqts yenə öz ampulasındadır: “Güləş futboldan asandır”

14.08.2012 | 5951 dəfə oxunub


Milli komandamızın baş məşqçisi Berti Foqts bu gün keçirdiyi mətbuat konfransında maraqlı açıqlamala səsləndirib. Stadium.az xəbər verir ki, futbolun komanda idman növü olduğunu deyən alman mütəxəssis idmançılarımızın böyük uğur qazandığı güləşə söz atmağa da imkan tapıb: “Mənim üçün əsas komandadır. Çünki futbol komanda idman növüdür. 11 futbolçu qələbə qazanmağa çalışmalıdır. Eqoist adama futbol oynamaq çətindir. Futbol çox çətin bir idman növüdür. Güləş ondan asandır”.

Alman mütəxəssis Cavid Hüseynovu yığmaya qaytarmağına belə aydınlıq gətirib: “Cavidin oyununu bir neçə aydır görmürəm. İndi onun hansı səviyyədə olduğunu görmək istəyirəm. Bunu özüm istəmişəm. Bu, təkcə Cavidə yox, bütün futbolçulara aiddir ki, həmişə onları yoxlamaq istəyirik. Futbolçu xaricdə oynayanda, özünəinamı güclü olur. Mən Almaniya yığmasını rəhbərlik edəndə 9 futbolçumuz İtaliyada oynayırdı. Onlarda özünəinam hiss olunurdu. Hazırda bir sıra futbolçularımız xaricdə oynayır. Bu, çox yaxşıdır. Dağıstanda anadan olan 2 futbolçu milli komandada oynamağa görə pul istəmişdi. Bununla razılaşmayıb, imkan verməmişdim. Azərbaycanlı futbolçular burda yaxşı qazandıqlarından, xaricə getmək istəmirlər. Deyirlər ki, elə evimdə oturub, yaxşı pul qazanıram. Elə futbolçu var ki, milliyə qayıtmaq üçün icarədə oynadığı komandadan müqavilə ilə məxsus olduğu klubuna qayıdır. Ancaq baş məşqçi 2 turdur onu meydana buraxmır. Sizcə, bu, düzgündür? Mən həmin baş məşqçiyə zəng edib, bunu soruşmuşdum. Həmin futbolçunun adını çəkməyəcəyəm. O, az pula başqa klubda oynayırdı”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail