UEFA Kipr klubunu Avroliqadan kənarlaşdırdı

14.08.2012 | 4611 dəfə oxunub


UEFA İntizam Komitəsi Kiprin "Anortosis" klubunu cəzalandırıb. Stadium.az xəbər verir ki, Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Gürcüstan “Dila”sına qarşı keçirilmiş görüşdə yerli azarkeşlərin meydançaya daxil olaraq oyunu yarımçıq saxlamaları buna səbəb olub.

Xatırladaq ki, oyun 3:0 hesabı ilə qonaqların xeyrinə olarkən meydan sahiblərinin azarkeşləri stadionda qarışıqlıq yaradıblar. Həmin oyunda baş verənləri araşdıran UEFA "Anortosis" klubunu Avropa Liqasının "play-off" mərhələsindən kənarlaşdırıb. Üstəlik komanda 50 min avro məbləğində cəzalandırılıb.

Bununla yanaşı, "Anortosis" klubu növbəti illərdə Avrokuboklarda keçirəcəyi 3 matçı da azarkeşsiz oynamalı olacaq. Avropa Liqasının "play-off" mərhələsində oynamaq hüququ isə Gürcüstanın "Dila" klubuna verilib. Beləliklə, "play-off" mərhələsində "Dila" Portuqaliyanın "Maritimo" klubu ilə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail