Millimiz Bəhreynə böyükhesabla qalib gəldi YENİLƏNİB

15.08.2012 | 7511 dəfə oxunub


Milli komandamız bu gün növbəti yoxlama matçına çıxıb. Stadium.az xəbər verir ki, Berti Foqtsun komandası Bakıda Bəhreyn millisi ilə qarşılaşıb. Bu, millimizin dünya çempionatının seçmə mərhələsi öncəsi son yoxlama matçıdır.

AZƏRBAYCAN - Bəhreyn 3:0 

Qollar: Branimir Subaşiç 35, Cihan Özkara 59, Cavid Hüseynov 79

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

Baş hakim: George Vadaçkoria (Gürcüstan)

Baş hakimin köməkçiləriGiorgi KruaşviliLevan Varamişvili(həikisi - Gürcüstan)

Dördüncü hakimFariz Yusifov

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

AZƏRBAYCAN: 1. Kamran Ağayev, 5. Elnur Allahverdiyev, 10. Branimir Subaşiç, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 17. Vüqar Nadirov, 18. Maksim Medvedyev, 19. Rahid Əmirquliyev, 25. Cavid Hüseynov, 27. Əli Gökdəmir

BƏHREYN: Əhməd Abbas, İsa Salman, Yusif Abdulla, Duaij Məhəmməd, Abdülhəmid Saleh, Saad Davud, Əli Abdülvəhab, Abdülrəhman Mahmud, Xəlil Rəşid, Yusuf Fahad, İsmayıl Abdulla

***

Millimiz ağ-göy, rəqib isə qırmızı forma ilə mübarizə aparacaq. 

Oyun başladı. Milli komandamıza uğurlar arzu edirik. 

Oyuna meydanın mərkəzindən millimiz başladı. 

İlk dəqiqələrdən üstünlük millimizin tərəfindədir. 

Rəqib cərimə zərbəsi yerinə yetirsə də, top Kamranda qaldı. 

Cavid Hüseynovun zərbəsi rəqib qapıçıda qaldı. 

Rəqibin hücumu təhlükəli alına bilərdi. Lakin Maksim topu cərimə meydançamızdan uzaqlaşdırdı. 

Millimizin hücumu təhlükəli alına bilərdi. Amma Muhammed təhlükənin qarşısını ala bildi. 

Subaşiç ləngidi və nəticədə rəqib topu auta çıxardı. 

Vüqar Nadirovun zərbəsi təhlükəli alınsa da, rəqib qapıçı yerindədir. 

Millimiz künc zərbəsi yerinə yetirsə də, təhlükəli vəziyyət yaranmadı. 

Rauf az qala qapıçı ilə üz-üzə qalacaqdı. Lakin Əliyev topa çata bilmədi. 

Görüşdə ilk sarı vərəqə Elnur Allahverdiyevə göstərildi. 

Rahid Əmirquliyevin zərbəsi çox təhlükəli alındı. Lakin rəqib qapıçı yenə də keçilməzdir. Bəhreynli qolkiper artıq 2 dəfə komandasını real qoldan xilas edib. 

Subaşiç real qol şansını boşa verdi. 

Oyunda qısa fasilə yaranır. bHavanın isti olduğunu nəzərə alan görüşün baş hakimi futbolçuların su içməsinə şərait yaradır. 

Hakim rəqib qapıya penalti təyin edir. Subaşiçə qarşı kobudluğ oldu. Referi nöqtəni göstərir. 

Topun arxasında Rəşad Sadıqovdur. 

Təəssüf, Rəşad penaltini qaçırdı.

QOLLLLLLLLLLLLLLLLLLL. Amma hücumun ardında Branimir Subaşiç hesabı açdı. "Banya" künc zərbəsindən ötürülən topu başla qapıdan keçirdi.  

Cavid dərhal ikinci qolu vura bilərdi. Lakin hakim ofsayt qərarı verir. 

İnanılmaz. Qapı tiri ikinci dəfə sevinməyimizə mane oldu. Əli Gökdəmirin hesabı 2:0-a çatdırmasına qapı tiri mane oldu. 

Bu dəqiqələrdə üstünlük tamamilə millimizin tərəfindədir. Geridə qalan dəqiqələr ərzində, xüsusən də son 10 dəqiqədə millimizin oyunu çox xoş təsir bağışlayır. 

Millimiz daha bir real qol şansını boşa verdi. Rauf qapıçıyla təkbətək qaldı. Onu keçməyə yaxın olsa da, topu itirdi. Hücumun davamında qapıya zərbə endirilsə də, müdafiəçilər qola imkan vermədilər. 

Rəqib qapısına doğru daha bir zərbə... top qapıçıda qaldı.

İlk yarıya iki dəqiqə əlavə olunur.

Maksim Medvedyevə qarşı kobudluq olunur. 

Birinci hissə başa çatdı.  

İlk yarı haqda onu deyə bilərik ki, milli komandamız inamlı təsir bağışlayır. Xüsusən də Branimir Subaşiç, Vüqar Nadirov və Əli Gökdəmirin inamlı oyununu qeyd etməyə dəyər.

İkinci hissə başladı.  

Millimizin heyətində 2 dəyişiklik var. Ufuk Budak və Cinah Özkara oyuna qoşulurlar. Onlar müvafiq olaraq Rahid Əmirquliyevlə Rauf Əliyevi əvəzlədilər. 

Müdafiəçilər son anda Subaşiçin dubl etməsinə imkan vermədilər. 

Künc zərbəsindən sonra heç bir futbolçumuz topa çata bilmədi. 

Vüqarın uzaqdan endirdiyi zərbə təhlükəli alınsa da, qapıçıda qaldı. 

Subaşiç sarı vərəqə ilə cəzalandı. 

QOLLLLLLLLLLLLLLLLL. Millimiz ikinci qolu vurdu. Cinah Özkara fərqləndi - 2:0. 

Bəhreyn millisində ikinci hissədə oyuna daxil olan Məhəmməd Tuqay sarı vərəqə ilə cəzalandı.

Millimiz üçüncü qolu vurmağa çox yaxın idi. Cavid Hüseynovun zərbəsini qapıçı dəf etdi, Vüqar Nadirovun fərqlənməsinə isə müdafiəçilər imkan vermədilər.

Millimiz künc zərbəsi yerinə yetirdi. Lakin rəqib futbolçular topu uzaqlaşdırmağa müvəffəq oldular.  

Müdafiəçilər son anda Cinahın qarşısını kəsdilər. 

Vüqar Nadirovun yerinə yetirdiyi künc zərbəsi nəticəsiz qaldı. 

Bəhreyn oyun ərzində ilk real qol epizodunu yaratdı. Lakin Kamran Ağayev gözəl oyunu ilə Muhammed Saminin qol vurmasına imkan vermədi. 

Millimizin heyətində daha iki dəyişiklik. Elnur Allahverdiyev və Vüqar Nadirov meydanı tərk edirlər. Onların əvəzinə isə Vladimir Levinlə Rizvan Umarov oyuna daxil olurlar. 

Cavid Hüseynovun yerinə yetirdiyi kornerdən sonra rəqib topu uzaqlaşdırdı. Hücumun davamında isə Cavid topa çata bilmədi. 

Oyunda yenidən fasiləyə yaranır. Hakim havanın isti olduğunu nəzərə alaraq, futbolçulara su içməyə imkan yaradır. 

Foqts Ufuk Budaka göstərişlərini verir. 

Oyun davam etdirilir. Az sontra meydana Aleksandr Çertoqanov daxil olacaq. Nazim Süleymanov təcrübəli futbolçuya son tapşırıqları verir. 

Ufuk Budakın uzaqdan zərbəsi qapının üstündən keçdi.

Çertoqanov Ruslan Abışovun əvəzinə meydana daxil oldu. 

QOLLLLLLLLLLLLL. Cavid Hüseynov üçüncü qolu vurdu. O rəqib qapıçının kobud səhvindən istifadə edərək fərqləndi. 

Branimir Subaşiçin əvəzinə Vaqif Cavadov meydana daxil oldu. Bununla da Cavadovun milliyə qayıdışı rəsmən baş tutdu. 

Hesab arasındakı fərq az qala azalacaqdı. Lakin rəqib futbolçu topu boş qapıya göndərə bilmədi. 

Vaqif Cavadovun cərimə zərbəsindən vurduğu top qapıçıda qaldı. 

Özkaranın uzaqdan zərbəsi təhlükəli alınsa da, üstdən keçdi. 

Qarşılaşmanın sonuna 3 dəqiqə artırıldı. 

Bəhreyn millisi künc zərbəsi yerinə yetirdi. Lakin müdafiəçilər topu uzaqlaşdırdılar. 

Bu da hakimin son fiti. Beləliklə, görüş başa çatdı. Milli komandamız Bəhreyni 3:0 hesabı ilə məğlub etdi. Bu qələbə sayəsində millimiz İsraillə dünya çempionatının seçmə mərhələ oyununa yüksək shval-ruhiyyədə çıxacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail