Naci Şensoy: "Şərif Şərifov məni çox duyğulandırdı"

15.08.2012 | 5542 dəfə oxunub


Bir zamanlar "Turan" klubunda baş məşqçi işləmiş Naci Şensoy maraqlı açıqlama ilə diqqət çəkib. Stadium.az saytına açıqlama verən Şensoy türkiyəli idmançıları kəskin tənqid edib. Səbəb isə bayraqdır: "Hazırda fasilə olduğundan istirahətlə məşğulam. Bundan da istifadə edib Olimpiya Oyunlarını izlədim. İnanın, tam səmimi deyirəm, Azərbaycanı - Azərbaycan xalqını ürəkdən təbrik edirəm, Olimpiadada Türkiyədən daha çox medal qazandınız. Məni ən çox duyğulandıran məqam isə güləşçiniz Şərif Şərifovun qızıl medal aldığı zaman döşək üzərinə Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə bayrağını da çıxarması oldu. Çox gözəl bir mənzərə idi. Siz azərbaycanlılar həmişə bunu edirsiz. Mən də bunun üçün türkiyəli idmançıları kəskin tənqid etdim və dedim ki, elə həmişəmi onlar bunu edəcək? Niyə bir dəfə də biz Azərbaycan bayrağını götürüb dalğalandırmırıq? Bu mənada bir az ayıb olur bizlərə. Eurovizion müsiqi yarışmasında da eyni səhnə yaşanmışdı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail