“Bakı” “Rəvan”la oyuna hazırlaşır

15.08.2012 | 4113 dəfə oxunub


Azərbaycan Premyer Liqası 3-cü turunun "Rəvan" - "Bakı" oyununa 3 gün qalır.Stadium.az “zolaqlılar”ın rəsmi internet saytına istənadən xəbər verir ki, “Bakı” bu oyuna hazırlıqları gündə 2 məşqlə davam etdirir.

Klubun təlim-məşq bazasının təbii örtüklü meydanında məşqə çıxan komandanın heyətində milli komandalara dəvət alan futbolçuların yoxluğu diqqət çəkir. Qeyd etmək yerinə düşər ki, Maris Verpakovskis və Denis İvanovs Latviya , Qiorqi Popxadze Gürcüstan , Rəhman Hacıyev Azərbaycan U-21 və Namik Ələsgərov Azərbaycan U-19 milli komandalarının düşərgəsinə yollanıblar.

Eyni zamanda hərbi xidmətə yollanan futbolçular Elvin Məmmədov, Novruz Məmmədov və Aqil Məmmədov 1 aylıq fasilədən sonra ilk dəfə komandanın məşqlərinə qatılıblar. Baş məşqçi Bojidar Bandoviçin rəhbərliyi altında bir araya gələn futbolçular, təxminən, 90 dəqiqə ərzində taktiki və texniki təmrinlər üzərində çalışıblar. Yüngül qızınma hərəkətləri ilə başlayan məşq ardından ikitərəfli oyunla davam etdirilib. Əlavə edək ki, "Bakı" ölkə çempionatında növbəti oyununa 18 avqust 2012-ci il tarixdə çıxacaq. "Rəvan"la oyun "Dalğa Arena" stadionunda baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail