Böyükağa Hacıyev: “Neftçi” APOEL-lə oyuna qələbə üçün çıxacaq”

16.08.2012 | 6470 dəfə oxunub


Hazırda müalicə olunan “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir.

 

- Böyükağa müəllim, özünüzü necə hiss edirsiniz?

- Şükür Allaha özümü yaxşı hiss edirəm. Moskvada əməliyyat olunduqdan sonra səhhətimdə müsbətə doğru böyük dəyişiklik baş verdi. Müalicəmin yüksək səviyyədə təşkili klub prezidenti Sadıq Sadıqovun qayğısı sayəsində oldu. Hər gün klub nümayəndələri gəlib baş çəkirlər. Hər kəsə minnətdaram. İndi palata şəraitində müalicə olunuram. Həkimlər bərpa prosesini uğurla keçdiyimi deyirlər. Yəqin bu həftənin sonuna kimi evə buraxılacam və komandanın yanında olacam.

- Avrokubok oyunlarında komandanın yanında ola bilmədiniz. "Neftçi"inin göstərdiyi oyun sizi qane etdimi?

- "Zestafoni" ilə qarşılaşmada komandamız yaxşı təsir bağışlamışdı. Bu rəqibə qarşı Avstriyada olarkən hazırlaşmışdıq. Orada Gürcüstan komandasının oyununu da canlı izləmişdik və qeydlərimizi aparmışdıq. "Hapoel"lə qarşılaşmada isə ilk 35 dəqiqədə istədiyimiz futbolu oynadıq. Bundan sonra müdafiədə kobud səhvlərə yol verdik və rəqib də bundan yararlandı. Cavab oyununda isə bu məğlubiyyətin əvəzini çixmaq çox çətin idi.

- Komandamız Avroliqa turnirinin pley-off mərhələsində Kiprin APOEL klubu ilə üz-üzə gələcək. Bu rəqib haqqında nə deyə bilərsiniz?

- Rəqibimiz təcrübəli futbolçulardan qurulub. Ötən mövsüm Çempionlar Liqasında 1/4 final mərhələsinə qədər irəlilədilər və "Real" Madrid kimi güclü kluba məğlub olaraq mübarizəni dayandırdılar. APOEL-in oyunlarının videoyazısını izləyirəm və bu barədə məşqçilərlə söhbətimiz olub. Həkimlər icazə vermirlər deyə bu qarşılaşmalarda komandanın yanında ola bilməyəcəm, amma ürəyim onlarla birgədir.

- Kipr klubuna qarşı ilk matçımızı evdə keçirəcəyik. Azarkeş dəstəyi "Neftçi"nin uğurunda böyük rol oynaya bilər.

- Mən inanıram ki, azarkeşlər APOEL ilə qarşılaşmada komandamızı tək qoymayacaq. "Zestafoni" ilə görüşdə futbolsevərlər arenanı doldurmuşdu. İnanıram ki, bu dəfə də belə olacaq. Bütün azarkeşləri stadiona dəvət edirəm. Qoy gəlsinlər və dəstək olsunlar. Rəqibin kimliyindən asılı olmayaraq "Neftçi" meydana qələbə üçün çıxacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail