APOEL-in üzvü: “Neftçi”nin bizi keçməsi mümkünsüz bir şeydir”

16.08.2012 | 7669 dəfə oxunub


Avroliqanın play-off  mərhələsində “Neftçi”nin rəqibi olan APOEL-in yeni transferi Radoslav Petroviç Kipr mətbuatına müsahibə verib. Stadium.az xəbər verir ki, 23 yaşlı futbolçu ilk növbədə yeni klubuna keçidindən danışıb: “Blekbern”lə müqaviləm başa çatmışdı. Komanda Premyer Liqadan düşdüyündən orada qalmaq istəmirdim. Çempionşipdə oynamaq planlarıma daxil deyildi. Odur ki, menecerimə demişdim ki, gələn təklifləri dəyərləndirsin. O da mənə APOEL-dən təklif gəldiyini söylədi. Bir qədər fikirləşib Cəbuni Kiprə gətməyə qərar verdim. Çünki APOEL ötən mövsüm Çempionlar Liqasında əla mövsüm keçirdi. Bu il isə Avropa Liqasında daha da uğurlu çıxış edəcəyinə inanıram”.

Daha sonra serbiyalı yarımmüdafiəçi komandasının qarşısında duran vəzifələrdən danışıb: “Play-off mərhələsini keçəcəyimizə şübhə etmirəm. “Neftçi” haqda məlumatım yoxdur. Yəqin ki, məşqçilər korpusu rəqibi yaxından araşdırıb, təhlil edəcəklər. Bizə necə oynamaq tapşırığı verilsə, o cür də oynayacağıq.  Rəqibə qarşı hörmətsizlik etmək fikrində deyiləm. Amma inanmıram ki, bu gün “Neftçi” APOEL-i dayandıracaq gücdə olsun. Bilirəm ki, İsrail klubu onlara 4 top vurub. Yəni deyirsiniz biz, İsrail klubundan zəifik? Unutmayın, APOEL Çempionlar Liqasının 1/4 finalına qədər getmiş komandadır. Belə bir komandanın Avropa Liqasının play-off-unda mübarizəni dayandırması mümkünsüz bir şeydir. Əminəm ki, oyuna çox ciddi hazırlaşacağıq, rəqibi ciddi təhlil edib hər iki oyunda onlara qalib gələcəyik. Bu gün bizim hədəfimiz “Neftçi”ni keçmək yox, Avropaliqanın qalibi olmaqdır”.



  #2   Adınız: Ceferzade elgun;   E-mail: ---

23.08.2012 20:19

Bunlar ozunu ne hesab eliyir guye dunyanın en yaxsi komandasidir

  #1   Adınız: neftchi fanati;   E-mail: [email protected]

17.08.2012 05:50

mence reqibin bizi deyerlendirmemesi bizim xeyrimizedir! ALLAHIN KOMEKLIYI ILE NEFTCHI apoel-i kececek! INWALLAH. NEFTCHI OZ OYUNUN OYNASA 100% kececey.burda hesab 3-0 bizim xeyirmize bawa catacag.!!!!!!!!!!

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail