“Qəbələ”nin baş məşqçisi üçün poker şansı

17.08.2012 | 3988 dəfə oxunub


“Qəbələ” sabah - avqustun 18-i Premyer Liqanın 3-cü turu çərçivəsində səfərdə paytaxt təmsilçisi “Neftçi” ilə qarşılaşacaq. Stadium.az “Qəbələ”nin rəsmi internet saytına istinadən xəbər verir ki, indiyədək yalnız ölkə çempionatında qarşılaşan rəqiblərin duellərində hələlik “Neftçi” öndədir. Bakılılar 7, “Qəbələ” 5 qələbə qazanıb, 4 qarşılaşma isə heç-heçə başa çatıb. Top fərqində 21:14 hesabı ilə üstün olan paytaxt təmsilçisinin uğurlu oyunları Fatih Kavlakın “Qəbələ”nin baş məşqçisi təyin olunana kimi davam edib.

Bu postdakı debüt oyunu çempiona qarşı olan türkiyəli elə ilk cəhddən “Neftçi” üzərində qələbənin sevincini yaşayıb. Bundan sonra “Qəbələ” çempion üçün kabusa çevrildi. Rəqibini hətta 4:1 hesabı ilə darmadağın etməyi də bacaran komanda ötən mövsümün son oyununda doğma azarkeşləri önündə çempionluğu bayram etmək istəyən bakılıların sevincini “korladı”. Bir sözlə Kavlakın yetirmələri bu rəqibə qarşı keçirdiyi hər 3 oyunda qələbə qazanıb. Əgər Kavlak bu qarşılaşmadan da qalib ayrılsa, o "Neftçi"yə qarşı ardıcıl 4-cü qələbəyə - pokerə imza atacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail