Tərlan Əhmədov: “Layiqli qələbə qazandıq”

18.08.2012 | 4239 dəfə oxunub


“Komandamızda həqiqətən də psixoloji problemlər var. Bu da bildiyiniz kimi "Hapoel"ə məğlubiyyətlə bağlıdır. Həm o, həm də "Qarabağ"la oyunlarımız süni örtüklü meydanlarda olduğu üçün komanda tam özünə gələ bilməyib”. Stadium.az xəbər verir ki, bu sözləri “Qəbələ” ilə oyundan sonra “Neftçi”nin məşqçisi Tərlan Əhmədov deyib. Gənc mütəxəssis bildirib ki, komandasının yeganə problemi müdafiə xəttindədir: “Qəbələ”nin “İnter”lə oyununu izləmişdik. Rəqibin oyunu təhlil edib, düzgün qiymətləndirmişdik. Bu da öz sözünü dedi və layiqli qələbə qazandıq. Bizim yeganə çatışmamazlığımız müdafiədədir. Müdafiədəki problemi aradan qaldırsaq, komandamız daha yaxşı oyun göstərəcək. Kanalesdən başqa cür istifadə edirik. Zaman keçdikcə ondan istədiyimizi ala biləcəyik. Rəşad Sadiqovla Vobayın yorğunluğu vardı, bunun üçün də onlara istirahət vermişdik”.

Xatırladaq ki, bu gün Premyer Liqanın III turu çərçivəsində keçirilən “Neftçi” - “Qəbələ” görüşü meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail