“İnter” bəyanat yaydı

20.08.2012 | 4007 dəfə oxunub


“İnter” klubu bəyanat yayıb. Stadium.az xəbər verir ki, klubun rəsmi internet saytında yer alan bəyanatı olduğu kimi təqdim edirik:

“Məlumat verildiyi kimi, avqustun 19-da Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “İnter” Lənkəranın “Xəzər-Lənkəran” komandasını qəbul etdi. “AZAL-Arena” stadionunda baş tutmuş qarşılaşma 0:0 hesabıyla başa çatdı. Azərbaycan azarkeşlərinə maraqlı və baxımlı oyun bəxş etdiklərinə görə hər iki komandanın üzvlərinə minnətdarlığımızı bildiririk.

Lakin çox təəssüf hissilə də qeyd edirik ki, oyundan sonra meydanda hər iki komandanın üzvləri arasında xoşagəlməz mübahisə anları da yaşanmışdır. “İnter” Peşəkar İdman Klubunun rəhbərliyi belə hadisələrin baş verməsinə qarşıdır və lüzumsuz gərginliyə səbəb olan mübahisələrin aparılmasını qəbuledilməz sayır. Klub rəhbərliyi əmindir ki, belə hallar Azərbaycan futbolunun inkişafına heç bir töhvə vermir.

Ancaq bunu da qeyd etməliyik ki, baş vermiş hadisələr bəzi elektron informasiya saytlarında həddən artıq “qara rənglərdə” əksini tapmış və “İnter” klubunun üzvlərinə qarşı ciddi ittihamların irəli sürülməsinə şərait yaradılmasına çalışılmışdır. Xüsusilə də “İnter” komandasının müdafiəçisi İlia Kandelakinin mübahisə zamanı rəqib komandanın oyunçusu Sadio Tounkaranın ünvanına guya irqçi ifadələr işlətməsi və Baçana Tsxadadzenin Peşəkar Futbol Liqasının əməkdaşına guya xəsarət yetirməsi barədə reallıqdan uzaq və içtimai fikri aldatmağa yönəlmiş məlumat yayılmışdır. Klub rəhbərliyi bildirir ki, “İnter” komandası beynəlmiləl klubdur və hər hansı bir irqçilikdən söhbət gedə bilməz və belə bir informasiyanın yayılmasını ucuz sensasiya axtarışı kimi qiymətləndirir.

“İnter”PİK-in rəhbərliyi bəyan edir ki, “İnter” komandasının Azərbaycan Çempionatında yüksək yerlər uğrunda apardığı mübarizə ədalətlilik və tolerantlılıq prinsipinə söykənir və futbolun inkişafına və adına zərər verə biləcək istənilən addımlardan və hərəkətlərdən uzaq dayanmışdır və həmişə də dayanacaqdır”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail