Tsxadadze: “Belə anların yaşanmasını heç kəs arzulamaz”

20.08.2012 | 3676 dəfə oxunub


Premyer Liqanın III turu çərçivəsində keçirilən “İnter” - “Xəzər Lənkəran” oyundan sonra Peşəkar Futbol Liqasının əməkdaşına xəsarət yetirməkdə təqsirləndirilən “bankirlər”in üzvü Baçana Tsxadadze haqqında deyilənlərlə razılaşmır. Stadium.az xəbər verir ki, klubun rəsmi internet saytına açıqlama verən gürcü hücumçu deyib: “Oyunun kifayət qədər gərgin keçdiyini hamı müşahidə etdi. Oyundan sonra da mübahisə və müəyyən qədər gərginlik yaşandı. Təbii ki, belə anların yaşanmasını heç kəs arzulamaz. Lakin, təəssüf ki, zaman-zaman belə hallar baş verir və bu gün də Azərbaycan azarkeşləri belə bir mənzərənin şahidi oldular. Təbii ki, belə mübahisəli anlarda futbolçular müəyyən davranışlara etirazlarını emisional şəkildə bildirməyə çalışırlar və bu zaman müəyyən xoşagəlməz anlaşılmazlıqlar da baş verir. Amma həmin mübahisə anlarında Peşəkar Futbol Liqasının əməkdaşına guya xəsarət yetirməyim barədə yayılan informasiya, sözün əsil mənasında, məni xeyli təəccübləndirdi. Mən həmin anlarda PFL-in əməkdaşına xəsarət yetirməmişəm.Tamamilə yanlış informasiyadır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail