Kriştianu Ronaldo: “Artıq indidən “Barselona” ilə oyunu düşünürəm”

20.08.2012 | 4430 dəfə oxunub


Madrid “Real”ının aparıcı üzvü Kriştianu Ronaldo La-Liqanın ilk turu çərçivəsində “Valensiya”ya qarşı baş tutan və 1:1 hesabı ilə yekunlaşan görüşü şərh edib. Stadium.az xəbər verir ki, portuqaliyalı ulduz ilk yarıda daha yaxşı oynadıqlarını söyləyib: “Yaxşı oynadıq və xeyli qol epizodu yaratdıq. Daha1 və ya 2 qol vurub, qələbə qazana bilərdik. Lakin alınmadı. İlk yarıda daha inamlıydıq. Amma fasilədən sonra eyni tempdə davam edə bilmədik. Startımız uğursuz alındı. Bununla belə, gələcəyə baxmalıyıq”.

K.Ronaldo bildirib ki, hələ ideal formasından uzaqdır: “Etiraf edim ki, 100 faiz tam hazır deyiləm. Amma bu normal haldır. Qarşıda bizi uzun marafon gözləyir. Ümid edirəm ki, tezlilə əvvəlki formamı yığacağam”.     

Ulduz futbolçu komanda yoldaşı Pepe və Superkubok oyunu haqda da fikirlərini açıqlayıb: “Pepenin zədələnməsinə təəssüfləndim. Ümid edirəm ki, o tezliklə bərpa olunacaq. Çünki Pepe komandamız üçün vacib oyunçudur. Artıq indidən “Barselona”ya qarşı keçirəcəyimiz Superkubok oyununu düşünürəm. Biz bu mükafatı qazanmalıyıq. Superkuboka sahib çıxmaq üçün bütün gücümüzü sərf edəcəyik”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail