UEFA azərbaycanlı hakimləri play-off mərhələsinə həsrət qoydu ARAŞDIRMA

20.08.2012 | 4463 dəfə oxunub


Avroliqanın play-off mərhələsinin bütün, Çempionlar Liqasının isə play-off mərhələsinin ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Stadium.az xəbər verir ki, qitə futbol qurumu bu dəfə heç bir azərbaycanlı hakimə təyinat göndərməyib. Avroliqanın play-off mərhələsi çərçivəsində ümumilikdə 62 matç baş tutacaq. Bu qarşılaşmaları 32 ölkənin hakimləri idarə edəcək. Avroliqanın play-off mərhələsinə ən çox 3 ölkənin hakimi təyinat alıb. Belə ki, UEFA İtaliya, İspaniya və Rusiyanın 4 referisinə dəvət göndərib. Daha 6 ölkənin - Hollandiya, İngiltərə, Türkiyə, Fransa, İsveçrə və Rumıniyanın hər biri bu mərhələdə 3 hakimlə təmsil olunacaq. 9 ölkənin - İsveç, Yunanıstan, Polşa, İsrail, Şotlandiya, Norveç, Almaniya, Finlandiya və Portuqaliyanın isə 2 ədalət təmsilçisi play-off mərhələsində ədaləti qoruyacaq. Son 14 hakim isə ayrı-ayrılıqda ölkələri təmsil edirlər - Avstriya, Belarus, Makedoniya, Danimarka, Sloveniya, Çexiya, Şimali İrlandiya, Bolqarıstan, İrlandiya, Estoniya, Xorvatiya, İslandiya, Belçika, Kipr.

Avroliqadan fərqli olaraq, Çempionlar Liqasında play-off mərhələsinin yalnız ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Baş tutacaq 10 oyuna 8 ölkənin hakimləri təyinat alıb. Onlardan İngiltərə və Portuqaliya 2, Xorvatiya, İsveç, Serbiya, Türkiyə, Almaniya və Fransa isə 1 hakimlə təmsil olunur. Azərbaycanlı hakimlərin cavab oyunlarına təyinat alacaqları da inandırıcı deyil. Çünki Avroliqanın play-off mərhələsinə təyinat almayan ölkənin hakiminə UEFA-nın Çempionlar Liqasının görüşünə təyinat verməsi gözlənilməz olardı. Həm də Çempionlar Liqasının play-off mərhələsinə təyinat alan bütün hakimlərin təmsil etdikləri ölkələrin Avroliqanın play-off mərhələsində də təmsilçiləri var. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail