“Real” “Barselona” ilə oyuna ciddi itki ilə çıxacaq

22.08.2012 | 3841 dəfə oxunub


İspaniya Superkuboku uğrunda “Barselona” ilə qarşılaşacaq “Real” qarşıdakı matça ciddi itki ilə çıxacaq. Stadium.az xəbər verir ki, madridlilərin aparıcı müdafiəçisi Pepe kataloniyalılarla görüşdə forma geyə bilməyəcək. Bu haqda “Real”ın baş məşqçisi Joze Maurinyo açıqlama verib: “Pepe ilk oyunu yüz faiz buraxacaq. Bu artıq dəqiqdir. Onun vəziyyəti bir qədər yaxşılaşıb. Lakin biz onu riskə ata bilmərik. 1 oyuna görə risk etməyə dəyməz”.

Qeyd edək ki, Pepe La-Liqanın ilk turunda “Valensiya”ya qarşı matçda zədələnib. O komanda yoldaşı İker Kasilyasla toqquşaraq, meydanı vaxtından əvvəl tərk edib. “Real”la “Barselona” arasında baş tutacaq ilk Superkubok oyunu cümə axşamından cüməyə keçən gecə - Bakı vaxtı ilə 01:30-da start götürəcək.    



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail