İvan Yovanoviç: "Neftçi" - APOEL cütünün favoriti haqda danışmağa dəyməz"

22.08.2012 | 3854 dəfə oxunub


Sabah Avroliqanın play-off mərhələsi çərçivəsində “Neftçi” ilə qarşılaşacaq Kiprin APOEL klubunun baş məşqçisi İvan Yovanoviç bu gün oyunqabağı mətbuat konfransı keçirib. Stadium.az Yovanoviçin çempionumuzla oyunöncəsi səsləndirdiyi fikirləri təqdim edir:

* Bu oyun bizim üçün çox vacibdi. Qarşılaşma hər iki komanda üçün çox çətin olacaq. Ümumiyyətlə, play-off mərhələsinin oyunu asan ola bilməz.

* “Neftçi”ni əvvəlki rəqiblərimizlə müqayisə etmək istəmirəm. Bu komanda çox ciddi rəqibdi. Onlar bunu İsrail “Hapoel”i ilə oyunda da isbatladılar.

* “Neftçi”nin avrokuboklardakı oyunlarını görmüşəm. Komanda çox yaxşı oyun sərgiləyir. Xüsusilə Flavinyonu, Cavid İmamverdiyevi, Erik Ramosu qeyd edərdim. Onlar yaxşı, güclü futbolçulardılar. Həmçnini Nikolas Kanales də təhlükəlidi.

* Sabah necə oynayacağımız barədə danışmaq istəmirəm. Bunu siz sabah özünüz görəcəksiz. Əlbəttə, süni örtüklü meydanda oynamaq daha da çətindi. Amma rəqibimiz də eyni şərtlər altında oynayacaq.

* Bu cütdə favoritin kimliyi barədə danışmağa dəyməz. Çünki o, yoxdu.

* Bizim heyətdə itkilərimiz var. Amma onları əvəzləyəcək futbolçularımız var.

* Bizi ilk oyunda yalnız növbəti mərhələyə çıxmağımıza kömək edə biləcək nəticə qane edəcək.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail