“Qarabağ”ın yeni transferi: “O günü səbirsizliklə gözləyirəm”

22.08.2012 | 4437 dəfə oxunub


“Qarabağ”ın futbolçusu Elnur Abdulov qarabaghfan.com saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir.

 

- Premyer Liqanın III turu çərçivəsində "Sumqayıt"la oynadınız. Sonuncu dəqiqədə meydana daxil olduğun görüş barədə nə deyə bilərsən?

- Oyun yaxşı alındı. Yaxşı oynayaraq, qələbə qazandıq. Oyuna lazımı səviyyədə hazırlaşmışdıq. Baxmayaraq ki, keçən il komandam Sumqayıtda 3 xal itirmişdi. Lakin bu dəfə hər şey yaxşı oldu.

- "İnter"də çıxış edərkən səni tez-tez meydanda görə bilirdik. Lakin "Qarabağ"da nədənsə ehtiyatda oturursan. Bəlkə Qurban müəllim sənə güvənmir?

- Güvənmək deyəndə ki, komandaya təzə gəlmişəm. Hər halda özümü yaxşı tərəfdən göstərsəm, əsas heyətdə şans verər. Əsas heyətdə şans verilsə, özümü "İnter"dəki kimi göstərməyə hazıram. Amma hər şey yavaş-yavaş olur.

- Sənin üçün "İnter", yoxsa "Qarabağ"da oynamaq daha rahatdır?

- Mənim üçün elə də fərqi yoxdur. Bu futboldur. Fərq odu ki, "İnter"də tez-tez meydanda olurdum.

- Həftə sonu "Rəvan"la oyununuz var...

- İnşallah, yenə qələbə qazanacağıq. Bir də Qurban müəllimdən şans gözləyirəm. "Rəvan"la oyunda meydanda olmalıyam. Şans veriləcəyi təqdirdə, özümü yaxşı tərəfdən göstərməyə hazıram. O şansın gələcəyi günü səbirsizliklə gözləyirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail