Sadıq Sadıqov APOEL-lə oyundan danışdı

23.08.2012 | 5148 dəfə oxunub

"Neftçi" klubunun prezidenti Sadıq Sadıqov klubunun bu gün APOEL-lə tarixi oyunu barədə Stadium.az saytına açıqlama verib. Əməkdaşımızla söhbətində Sadıqov qarşılaşma barədə belə açıqlama verib: "Bu oyun həm bizim, həm də Azərbaycan futbolu üçün tarixi oyun ola bilər. Təbii ki, bunu gerçəkləşdirmək də futbolçuların üzərinə düşür. Əgər APOEL-lə birinci oyunda sərfəli nəticə qazana bilsək, bu tarix üçün nəyəsə ümid edə bilərik. Biz zəif komanda deyilik, amma rəqibin də səviyyəsi göz qabağındadır. Bu komanda ötən mövsüm Çempionlar Liqasında "Portu", "Şaxtyor" və "Zenit"in olduğu qrupdan çıxıb. 1/4 final mərhələsində isə "Lion" kimi klubu mübarizədən kənarlaşdırıblar və "Real"a məğlub olaraq mübarizəni dayandırıblar. Bunlar bəs edir ki, rəqibimizin hansı səviyyədə olmasını bilək. Komandamız üçün hər cür şərait yaratmışıq ki, uğuq qazanaq, biz buna inanırıq. İnşallah, layiqli qələbə qazanıb Bakıda azarkeşlərimizi də sevindirərik. Bu oyunda fanatlara da böyük ehtiyacımız olacaq, onlar "Neftçi"ni sona qədər dəstəkləsələr, bu, komanda üçün əlavə güc və stimul ola bilər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail