“Bakı”nın kapitanı: “Bu il çempionluğu qeyd edəcəyik”

23.08.2012 | 4498 dəfə oxunub


"Bakı"nın kapitanı Cəmşid Məhərrəmovun müsahibəsi


- "Bakı" ardıcıl ikinci oyunda da xal itirdi. Bu nə ilə bağlıdı?

- Oyun planında komanda pis təsir bağışlamadı. Sadəcə qol baxımından çatışmazlığımız oldu. Qarşıdakı oyunlarda bunu aradan qaldırmaq lazımdı. Çünki artıq 2 tur geridə qalıb. İtirilən xallar çox önəmlidi. Artıq qələbə qazanmaq vaxtıdı. Qarşıdakı turlarda buna çalışacağıq. Mən deməzdim ki, “Bakı” hazırda hansısa komandadan geri qalır. Məzmunlu, gözəl oyun nümayiş etdirik.

- Baxımlı oyun göstərsəz də, hücum xəttində dəqiqlik çatmır...

- Yox, bununla razı deyiləm. Futboldu, belə şeylər olur. Hücumçularımızın bəxti gətirmir. Ancaq bu, tək onların problemi də deyil. Elə olur ki, hücumçular, bəzən isə müdafiəçi, yarımmüdafiəçilər fərqlənirlər. “Rəvan”la oyunda tək hücumçular yox, yarımmüdafiəçilərin də əlinə yaxşı imkanlar düşdü. Mantsios yeni gəlib, komandaya tam uyğunlaşmayıb. İnanıram ki, qarşıdakı oyunlarda özünü yaxşı tərəfdən göstərəcək.

- "Rəvan"la heç-heçədən sonra rəhbərliyin komandaya hər hansı iradı oldumu?

- Xeyr, rəhbərliklə görüş olmayıb. Oynadıq, sonra da getdik öz bazamıza. Səhəri də məşqə gəldik, evə qayıtdıq. Oyundan sonra futbolçulara əlavə söz deyilməyib.

- Bu gün “Bakı” Azərbaycanda şəraitinə, futbolçulara göstərilən qayğıya görə, ən yaxşılardandı. Ancaq komanda bunun qarşılığını verə bilmir...

- İnşallah, verəcək.

- Razısan bu fikirlə.

- Bunu mən də həmişə demişəm ki, bu cür şəraitə qarşı "Bakı"da futbol oynanılmır. Daha doğrusu, nəticə yoxdu. İnanıram ki, bu il çempionluğu qeyd edəcəyik. Çünki "Bakı"da hər şey günü gündən daha da yaxşılaşır.

- Bayaq qeyd elədin ki, “Bakı” məzmunlu oyun göstərir.  Deyə bilərsənmi, Novruz Əzimovla Bojidar Bandoviçin fərqi çoxdu?

- Taktiki gedişlərdə, əlbəttə ki, çoxdu. “Bakı” Əzimovun vaxtında başqa taktika ilə oynayırdı. Hər məşqçinin öz taktikası var. Bu, siz jurnalistlərə də aiddi. Hərənin öz dəsti-xətti var. İş elədi ki, hamı eyni ola bilməz. Hərənin öz üsubu var. Ona görə də müəyyən fərqlər ortaya çıxır.

- Hansının başçılığı altında oynamaq daha rahatdı?

- Bunu müqayisə edə bilmərəm.

- Komanda uğursuz çıxış edəndə kapitan kimi futbolçulara nəsə deyirsən, onların üstünə qışqırırsan?

Yox. Mən də o futbolçulardan biriyəm. Mən olmasam, sabah bir başqası kapitan sarğısını daşıyacaq. Düzdü, kapitanın məsuliyyəti böyükdü. Amma bizim aramızda elə söhbət yoxdu. Hamımız bir-birimizə söz deyirik. Amma kimsə kimin üstünə qışqırmır. Bir-birimizi başa düşürük. Şükür Allaha ki, hər şey qaydasındadı. Bir-birimizin hörmətini saxlayırıq.

- "Mura" ilə oyundan sonra "Bakı" mətbuatda çox tənqid olundu. Rəhbərlik futbolçulara layiq olduqlarından çox pul verməkdə günahlandırılır. Səncə, doğrudan rəhbərlik futbolçuları çox “şişirdib”?

- (əsəbiləşir). Kim nə qədər pul qazanır, sağlığına qismət. Futbolçu gəlir, müqaviləsini bağlayır, pulunu alır. Kim 5 manat alır, kim 6 manat alır, halal xoşu olsun. Heç nə deyə bilmərəm. Siz nə bilirsiz ki, “Bakı”da futbolçular nə qədər qazanır. Əlbəttə ki, çox alırıq. Heç kimdən də geri qalmırıq. Amma bu baxımdan düzdü ki, pul hər şeyi həll etmir. Deyirdilər ki, “Mura”nın büdcəsi 250 mindi. Gördüz, bizi keçdilər. Sadəcə sənə yaradılan şəraitin qarşılığını verməlisən. İş pulda deyil. Şəxsən mən bunu özümə rüsvayçılıq sayıram.

- Komanda artıq 2 mövsümdü ki, qeyri-stabil çıxış edir. Bu nə ilə bağlı ola bilər?

- Bizdə yeni oyunçular çox olur. Onların adaptasiyası isə uzun müddət çəkir. Elə futbolçu var ki, tez uyğunlaşır. Bəzilərinə isə vaxt lazım olur. Ola bilər, bu baxımdan stabillik çatmır. Məşqçinin dəyişməsi isə rəhbərliyin işidi. Biz buna hörmətlə yanaşırıq. Mən bu cür məsələlərə qarışa bilmərəm. Ola bilər, komandada xətlərarası problem var.

- Növbəti turda "Kəpəz"lə qarşılaşacaqsız. Həmin oyunla bağlı nə deyə bilərsən?

- Ciddi hazırlaşırıq. Çalışacağıq ki, "Kəpəz"i məğlub edək. Çünki bizə qələbə lazımdı. İlk iki oyunda cəhdimiz boşa çıxdı. İnşallah, bu oyunda qalib gəlib, qələbə hissini duymalıyıq. Çempionatda ilk 3 xalımızı “Kəpəz”lə matçda qazanmalıyıq ki, davamını gətirək.

- Yəqin xəbərin var ki, "Kəpəz"in yeni baş məşqçisi sənin sabiq komanda yoldaşın Mahmud Qurbanov təyin olunub.

- Hə, eşitdim. Mahmud Qurbanovu təbrik edirəm. Ona məşqçi karyerasında uğurlar arzulayıram. İnşallah, ürəyi istədiyi klubda işləyər.

"Sport Favorit"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail