Bu yay “Milan”ı tərk edən 15 futbolçu FOTOLENT

23.08.2012 | 3861 dəfə oxunub


Bu yay heyəti ən çox dəyişən klub “Milan” oldu. Stadium.az xəbər verir ki, mövsüm başa çatdıqdan sonra bu günədək “rossenyerlər”in düşərgəsini 15 futbolçu tərk edib. Onlar arasında Tiaqo Silva, Zlatan İbrahimoviç, Antoni Kassano kimi aparıcı simalar var. Bu yay “Milan”la vidalaşan futbolçulardan hazırlanmış fotoreportajı təqdim edirik:

* Aleksandr Merkel “Milan”da qalmaq istəsə də, yekunda “Cenoa”ya geri döndü

* Dominik Adiya “Milan”ı tərk edib, “Arsenal”a üz tutdu. Amma hələlik Kiyev “Arsenal”ına

* Alberto Akvilaninin icarə müddəti başa çatdıqdan sonra  “Fiorentina”ya üz tutdu

* Antonio Kassanonun klubu tərk etməsi “Milan”lı azarkeşlərə çox pis təsir etdi. Axı Kassano “Milan”ın əzəli rəqibi “Inter”in düşərgəsinə yollandı

* Filippo İnzagi 40 yaşında, “Milan”da 12 il keçirdikdən sonra karyerasını başa vurdu. İndi “SuperPippo” “Milan”ın gənclər komandasına başçılıq edir

* Marko Van Bommel bundan sonra PSV-nin uğurları üçün tər tökəcək

* Canluka Zambrotta “Milan”ı göz yaşlarıyla tərk etdi

* Cennaro Qattuzo daha “Milan”ın deyil, İsveçrənin “Syon” klubunun formasını geyəcək

* Alesandro Nesta bundan sonra “A” seriyasında deyil, MLS-də çıxış edəcək. Təcrübəli müdafiəçi Kanadanın “Monreal İmpekt” klubu ilə anlaşıb

* Flavio Roma bir vaxtlar onu məşhurlaşdıran kluba qayıtdı. Lakin təcrübəli qolkiper indi “Monako” ilə birgə əvvəlki kiimi Liqa1-də deyil, Fransanın ikinci liqasında yarışacaq

* Klarens Zeederof Braziliyanın “Botafaqo” klubunda çıxış edir

* Massimo Oddo karyerasını başa vurdu

* Maksi Lopes “Sampdoriya”ya üz tutdu

* Tiaqo Silva və Zlatan İbrahimoviç indi “PSJ”də forma geyirlər 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail