Ramin Musayev: "Mənim fikrimə qalsa, ilk yarıda hakim penalti verməliydi" - MÜSAHİBƏ
"Neftçi"
- "Apoel" oyununu izləyənlər arasında PFL prezidenti Ramin Musayev də
vardı. Qarşılaşmadan sonra Musayevlə elə bu oyun barədə danışdıq. Ramin Musayev
"Stadium.az"ın əməkdaşının suallarını cavablandırdı:
- Əvvəlcə
matç barədə fikirlərinizi bilmək maraqlı olardı...
-
Oyun barədə onu deyə bilərəm ki, "Neftçi" çox gözəl oyun sərgilədi. Mən
inanıram ki, bütün azarkeşlər həqiqi futbol gördülər. Nəinki futbolda, ümumiyyətlə,
idmanda bəxt amili ysi, axşı şeydi. Flavinyonun zərbəsi, Mirhüseynin zərbəsindən
sonra oyunçu topu boş qapıdan necə çəxartdı... Bu gün "Neftçi"nin
yalnız bəxti gətirmədi, amma "Neftçi" sübut etdi ki, Azərbaycanda
futbol var inkişaf edir. Bu gün azarkeşlər zəng edib deyirdilər ki, "Apoel"
"Neftçi"n 4:0, 5:0 udacaq.
Özünüz də gördüz ki, oyun boyu 70 faiz topa nəzarət bizim komandamızda idi. Nə
bilmək olur, bəlkə ayın 30-u elə "Neftçi" keçdi turu?..
-
Hamı deyir ki, "Neftçi"də çatışmazlıqlar var. Siz bunu nədə görürsüz?
- Bəxtdə.
-
Bundan başqa?
- Mən
ancaq bəxt çatışmazlığın gördüm. Bir də hiss olunurdu ki, komandaya daha yaxşı
bir hücumçu lazımdı. Yəni oyunu üzərinə götürə biləcək bir hücumçu. Kanales ön
xətdə tək idi, amma mən yenə də bu komandanın oyunundan razı qaldım. Ona görə
yox ki, PFL rəhbəriyəm, "Neftçi"də çalışmışam, sadəcə bir azarkeş
kimi yanaşıram. Bura da bir azarkeş kimi gəlmişdim.
- Demək
olar ki, bu oyun təmsilçilərimizin bu mövsüm Avrokuboklardakı ən yaxşı matçı
idi?
- Çox
qəşəng oyun oldu, mən bununla tam razıyam, amma "İnter"in
Estoniyadakı oyunu, "Xəzər Lənkəran"ın səfərdə "Lex"lə
qarşılaşmaları da çox əla alınmışdı. Hamızı vropa komandasıdır da. Düzdü, mən
püşkatma olanda sevindim, daha yaxşı nəticələr gözləyirdim, amma olmayanda
olmur daş.
- Demək
olar ki, bir də belə püşk çətin düşə bəxtimizə?
- Həyat
davam edir, hər şey ola bilər, amma gəlin xoşbəxtliyi püşkatmada axtarmayaq, öz
oynumuzu oynayaq.
-
Oyunu idarə edən polşalı hakim barədə bir iradınız var?
- Mən
adətən hakimlik barədə danışmaqdan çəkinirəm...
- Hər
dəfə müdafiə edirsiz...
- Mənim
fikrimə qalsa, ilk yarıda hakim penalti verməliydi. Top cərimə meydançası
daxilində rəqib oyunçunun əlinə dəymişdi. Ümumi götürəndə hakim karyerasını
qorudu. Məncə hakim komandaların adları ilə özlərini dəyişik salmışdı.
-
"Apoel"in ötən mövsüm ÇL-da etdiklərindən xəbəriniz vardı?
- Əlbəttə.
- O yunlarla müqayisədə bu gün rəqibdən belə oyun gözləyirdiz?
-
Sözsüz ki, yox. Bu gün mən deyərdim ki, bizim futbolçular onları tor salmışdı.
Qoldan sonra bizim futbolçular çox sevindi, boşaldılar, bu da qapımıza vurulan
topla nəticələndi.
-
Cavab oyunu barədə nə düşünürsüz?
- Çox
çətin olacaq, amma heç nə başa çatmayıb. Ümid sonda ölür.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |