“Rəvan” Cavad Gülərin istefasına rəsmi münasibət bildirdi

27.08.2012 | 4840 dəfə oxunub


“Rəvan” klubu türkiyəli mütəxəssis Cavad Gülərin istefaya göndərilməsinə rəsmi münasibət bildirib. Klubun vitse-prezidenti Bəhruz Şirəliyev Stadium.az-a verdiyi açıqlamada türkiyəli mütəxəssis gedişi ilə bağlı bunları deyib: “Çempionata uğursuz başladıq. 4 oyundan sonra komandamız qələbəyə həsrətdi. Cəmi 3 xal toplamışıq. Düzdür, bu xalları güclü komandalarla oyunlarda əldə etmişik. “Xəzər Lənkəran”, “Bakı” və “Qarabağ” kimi iddialılara məğlub olmadıq. Lakin bizim məqsədimiz bu deyil. Biz Cavad Gülərin qarşısına “ilk altılığ”a vəsiqə qazanmaq tapşırığı qoymuşduq. Bu prizmadan yanaşanda, 4 oyuna 3 xal uğursuz nəticədi. Hiss etdik ki, bu gedişlə Gülər qarşısına qoyulan vəzifənin öhdəsindən gələ bilməyəcək. Bu səbəbdən də onunla vidalaşmaq qərarına gəldik”.

Klub rəsmisi komandanın köhnə-yeni baş məşqçisi Bəhmən Həsənov haqda da fikirlərini açıqlayıb: “Düzdür, Həsənov əvvəllər də baş məşqçi kimi çalışıb, amma uğur qazana bilməyib. Lakin biz ona yenə də güvənirik. İnanırıq ki, bu dəfə qarşıya qoyulan vəzifənin öhdəsindən gələcək”.      

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail