“Qalatasaray”ın əfsanəsi: “Kruif qadın olsaydı, onunla evlənərdim”

27.08.2012 | 7182 dəfə oxunub


“Qalatasaray”ın əfsanəvi futbolçularından olan George Popesku maraqlı açıqlamalar verib. Stadium.az xəbər verir ki, rumın futbolçu “Barselona”da Yohan Kruifin rəhbərliyi altında çıxış etdiyi illəri xatırlayıb: “Çox təəssüflənirəm ki, Kruiflə uzun müddət birgə çalışa bilmədim. Onun rəhbərliyi altında karyeramın ən gözəl vaxtlarını keçirdim. Həmin vaxt uğursuz çıxış etdik. İspaniya kubokunun finalında, UEFA Kubokunun isə yarımfinalında yenildik. Lakin mən həmin illərimi heç nəyə dəyişmərəm. Bu, “Barselona” erasının başlanğıcı idi. Kruifin təməlini qoyduğu iş Qvardiolanın dönəminədək davam etdi.  Lakin həmin vaxt Kruif istədiklərini tam həyata keçirə bilmədi. Çünki uğursuzluqdan sonra onu qovub, əvəzinə Bobbi Robsonu gətirdilər. Düzdür, Robsonla birgə 3 titul qazandıq. Amma mənə Kruflə birgə çalışmaq daha xoş idi. Onun rəhbərliyi altında heç vaxt olmadığı kimi özümə əmin idim. Kruif qadın olsaydı, hər gün ondan mənimlə evlənməsini xahiş edərdim. O hətta məni kapitan təyin etmişdi. Həmin vaxt sarğını Gilyermo Amoradna alıb, mənə vermişdi. Halbuki o “Barselona”nın əfsanəsi idi. Kruifin bu addımını mən də daxil olmaqla heç kim başa düşmədi. Amma mən o cür klubun kapitanı olduğum üçün şərəf duyurdum. Robsonun vaxtında başqa futbol oynayırdıq. Yaxşı xatırlayıram, bir dəfə “Nou Kamp”da 7:0 hesabı ilə qalib gəldik. Lakin azarkeşlər bizi fitə basdılar. Çünki fanatlar Robsonun oyun tərzini bəyənmirdilər”.

Xatırladaq ki, Popesku 1995-ci ildən 1997-ci ilədək “Barselona”da çıxış edib. Kataloniyalıların heyətində 59 matç keçirib və 9 dəfə fərqlənib. Daha sonra “Qalatasaray”a keçən Popesku 2001-ci ilədək “Cim-Bom”un heyətində çıxış edib. Komanda ilə birgə UEFA və Avropa Superkubokunu qazanıb. Popesku “Qalatasaray”ın heyətində keçirdiyi 110 görüşdə 5 qol vurub. Rumın müdafiəçi 2003-cü ildə karyerasına son qoyub. Onun sonuncu klubu “Hanover 96” olub. Popesku 15 il ərzində Rumıniya millisində 115 görüşə çıxıb və 16 qol vurub.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail