Mariya Stadnik: “Azərbaycanlılar məni çətin vaxtda qəbul etdilər”
XXX Yay Olimpiya Oyunlarında ölkəmizə gümüş medal qazandıran Mariya Stadnik Ukrayna mətbuatına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:
- Ukraynalı olimpiyaçılar öz
idman növlərində çıxışlarını bitirdikdən sonra Londonu tərk edirdilər. Siz nəyə
görə turnirin bağlanış mərasiminə kimi Böyük Britaniya paytaxtında qaldınız?
- Azərbaycanın
Olimpiya nümayəndə heyəti Londona birgə gələrək, birgə də qayıtdı. Buna görə də
çıxışımı başa vurduqdan sonra Olimpiadanı sona kimi izləyə bildim. Londonu gəzmədim,
çünki qışda burada iştirak etdiyim zaman bütün görməli yerlərdə olmuşdum. Boş
vaxtlarımı Olimpiya parkında keçirirdim. Bundan əlavə, digər çəkilərdə güləş
yarışlarına baxırdım.
- Qazandığınız gümüş medalı
özünüzlə gəzdirirsiniz?
- Siz Lvovda baş verən insidentə işarə vurursuz? Ötən
il orada mənzilimi qarət etdilər. Təkcə qiymətli əşyaları deyil, Pekin
Olimpiadasındakı 2 medalımızı oğurladılar. Gümüş həyat yoldaşım Andreyin,
bürünc isə mənim idi. Ancaq bir təhər bu itkini unutdum. Əslində, mükafatımı həmişə
özümlə gəzdirməyəcəm. Bax, indi bunu otağımda qoymuşam. Mənim üçün medalımın
oğurlanması qorxulu deyil. İstənilən halda, Olimpiya mükafatçısı adım qalacaq.
-
London-2012-nin yarımfinalında həmyerliniz İrina Merleniyə qalib gəldiniz. Onun
üstün cəhətlərini bilirdiniz?
- Bəli, mən İrinanın imkanlarını çox yaxşı bilirəm.
Layiqli qələbə qazandım. Çünki daha yaxşı hazırlıqlı idim. Xüsusilə də fiziki cəhətdən.
Həmçinin də inadkarlığım hesabına qalib gəldim.
- Siz
finalda güləşəndə Merlini yaponiyalı rəqibinizə azarkeşlik edirdi. O, bunu gizlətmirdi.
Siz bunu necə qəbul etdiniz?
- Bu, onun hüququdur. Merlinini məni dəstəkləmədiyinə
görə qınamayacam. Mənim üçün fərqi yoxdur. Əsas odur ki, məni qohumlarım, yaxın
insanlarım dəstəkləyirdi.
-
Londondakı gümüşə görə Azərbaycanda 500 min dollar mükafat qazanmısız. Bu
Ukraynanın Olimpiya çempionlarının qonorarlarından 4 dəfə çoxdur...
- Bu pullar mənə heç cür təsir göstərməyəcək. Pekində
bürünc mükafatçı olanda da pis qonorar almadım. Onlar mənim karyeramın yüksəlişini
dayandırmadı. Bürünc var idi, indi gümüş oldu. Bundan sonra da işləmək lazımdır
ki, Olimpiya qızılını qazanasan.
- Finalda
qızılın bir addımlığında büdrədiyinizə görə özünüzü günahkar sayırsızmı? Axı Azərbaycanda
çempionluğa görə xeyli pul ödənilir...
- Yox, özümü yalnız ona görə günahlandıram ki,
Olimpiya çempionu olmaq şansından istifadə etmədim. Döşəyə çıxanda o pullar
haqda fikirləşmirəm. Azərbaycan yığmasında çıxış etməyimə də qonorarın məbləği
səbəb deyil. Mən sadəcə olaraq, Ukrayna üçün lazım olmadım.
-
Olimpiadada birinci yeri tutsaydız, Azərbaycan bayrağını götürüb, döşək ətrafında
fırlanacaqdız?
- Əlbəttə. Mən şərəfini qoruduğum ölkənin bayrağı ilə
dövr vurardım. Azərbaycanlılar lazımı anda mənə kömək əlini uzatdılar. Həmin
vaxt ukraynalılar mənim xidmətimdə maraqlı deyildilər. Ancaq mən idmanla
vidalaşa bilməzdim axı. Güləşi çox sevirəm. Bəli, mən Ukraynada böyümüşəm,
burada indi də ildə az məşq etmirəm. Ancaq hər halda vaxtımın çox hissəsini Azərbaycan
yığmasının heyətində keçirirəm. Azərbaycanlılar məni çətin vaxtda qəbul etdilər
və mən buna görə onlara minnətdaram.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |