Slavço Georgiyevski: “Bizim yerimiz turnir cədvəlində aşağıda yox, yuxarıdadır”
“İnter”in makedoniyalı yarımmüdafiəçisi Slavço Georgiyevski klubun rəsmi internet saytına verdiyi müsahibəsində “Turan”la (3:2) keçirilən matç barədə danışıb. Mövsümün başlanğıcını dəyərləndirən makedoniyalı futbolçu digər suallara da cavab verib.
- “Turan”la
matçda “İnter”ə yalnız qələbə lazım idi. Görüş kifayət qədər mürəkkəb alındı.
Bununla belə, komandamıza 3 xalı qazanmaq müəssər oldu.
- Bizdə müəyyən gərginlik vardı. Axı ilk matçlarda
komandaya qələbə qazanmaq müəssər olmamışdı. Bəli, biz inamla oynadıq, qol vəziyyətləri
yaratdıq, ancaq onlardan istifadə edə bilmirdik. Bizə qalib gəlmək və nümayiş
etdirmək lazım idi ki, bizim yerimiz turnir cədvəlində aşağıda yox,
yuxarıdadır. Məhz buna görə “Turan”la matçda müəyyən çətinliklərlə qarşılaşdıq,
lakin ən əsası odur ki, başlıca tapşırığı yerinə yetirə və 3 xalı ələ edə
bildik.
- Bu
qarşılaşmada çempionat çərçivəsində “İnter”in heyətində ilk qolunuza imza
atdınız və bu qol komandaya qələbə qazandırdı.
- Bəli, çox xoşdur ki, komandama kömək etmək mümkün
oldu. Bir də ona görə xoşdur ki, mənim qolum qələbə qazandırdı və komandaya ilk
3 xalı gətirdi. Ümid edirəm ki, bu qol mənim üçün sonuncu olmayacaq. Yenə də
qol vurmaq istəyirəm, “İnter”in daha da irəliləməsini və çempionluq uğrunda
mübarizə aparmasını istəyirəm.
- Siz
artıq 2 aydan çoxdur “İnter”in heyətindəsiniz, bu müddət ərzində yeni iş
yerinizə tam uyğunlaşmağa macal tapmısınız. Komandada hökm sürən atmosfer barədə
nə deyə bilərsiniz və o sizdə hansı təəssüratı oyatdı?
- Deyə bilərəm ki, komanda daxilindəki atmosferdən
çox razıyam. “İnter” və “Neftçi”ni müqayisə etmək istəmirəm, ancaq demək istəyirəm
ki, burada hər şey yüksək səviyyədədir. “İnter”də iş peşəkar səviyyədə təşkil
edilib, ayrıca baş məşqçi Kaxaber Tsxadadzeni qeyd etmək istərdim.
- Artıq
3 mövsümdür Azərbaycan çempionatında çıxış edirsiniz. Yerli klubların tərəqqi
prosesini hiss edirsiniz? Çempionat güclənir?
- Düşünürəm ki, bu il çempionatda mübarizə daha da
artacaq. Klublar tərəqqi edir və mənim nəzərimcə, çempionatda çempionluq
uğrunda rəqabət bu mövsüm daha yüksək olacaq. Ötən mövsüm çempionluq uğrunda
yalnız 3-4 klub mübarizə aparırdı, indisə yüksək yerlərə daha çox komanda iddia
edə bilər. Mövsümlərarası dövrdə Azərbaycan klubları gücləndi və bizi çox maraqlı
mübarizə gözləyir. Ümid edirəm ki, “İnter” potensialını tam biruzə verəcək və
çempionluq titulunu əldə edəcək. Bunu bizdən baş məşqçi tələb edir və bunu
oyunçular da istəyirlər.
- Hazırda
komandanı “İnter”in oyunlarına müsbət təsir göstərəcək Gürcüstanda təlim-məşq
toplanışı gözləyir.
- Əlbəttə ki, bu toplanış bizə kömək edəcək.
“Turan”la oyundan sonra bizim istirahət etmək üçün kifayət qədər vaxtımız oldu. İndisə çalışmaq
vaxtıdır. Əminəm ki, Gürcüstan toplanışı çempionatın sonrakı oyunlarında bizə
komək edəcək.
- Siz
uzun zaman Avropada çıxış etmisiniz və Makedoniya millisində oynamısınız. Bilmək
istərdik, dostlarınız və komanda üzrə keçmiş yoldaşlarınız Azərbaycan və yeni
komandanız “İnter”lə maraqlanırlar? Siz bu suallara necə cavab verirsiniz?
- Mən artıq qeyd etdim ki, “İnter”də bütün məsələlər
yüksək səviyyədədir. Məndən soruşanlara da bunu deyirəm. Burada iş üçün hər bir
şəraiti yaradırlar-bunu mən ilk günlərdən müşahidə etdim. Etiraf edim ki, bu vəziyyət
məni müsbət mənada təəccübləndirdi. “İnter”ə keçidim ərəfəsində mənə bu barədə
məlumat vermişdilər, ancaq eşitmək və görmək- ayrı-ayrı məsələlərdir. Buradakı
şəraitdən razıyam. “İnter” avropasayağı fəaliyyət göstərir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |