Azərbaycan Premyer Liqasının ən yaxşıları müəyyənləşəcək

29.08.2012 | 3434 dəfə oxunub


2011-2012-ci il mövsümündə Azərbaycan Premyer Liqasında ən yaxşı oyunçular və baş məşqçinin seçimi məqsədilə sorğu keçiriləcək. Stadium.az xəbər verir ki, sorğu ötən mövsüm PFL-lə sıx əməkdaşlıq edən və çempionatın işıqlandırılmasında yaxından iştirak edən 40-dək mətbu orqan (hər mətbu orqandan 1 təmsilçi olmaqla) arasında 7 nominasiya üzrə aparılacaq. Nominasiyalar bunlardı:

1. Premyer Liqanın 2011/2012-ci il mövsümünün ən yaxşı qapıçısı;

2. Premyer Liqanın 2011/2012-ci il mövsümünün ən yaxşı müdafiəçisi;

3. Premyer Liqanın 2011/2012-ci il mövsümünün ən yaxşı yarımmüdafiəçisi;

4. Premyer Liqanın 2011/2012-ci il mövsümünün ən yaxşı hücumçusu;

5. Premyer Liqanın 2011/2012-ci il mövsümünün ən yaxşı baş məşqçisi;

6. Premyer Liqanın 2011/2012-ci il mövsümünün ən yaxşı futbolçusu

7. Premyer Liqanın 2011/2012-ci il mövsümünün tapıntısı (gənc futbolçusu).

Hər bir mətbu orqan bu nominasiyaların hərəsi üzrə 3 futbolçunun namizədliyini irəli sürəcək. 1-ci yerə 5 xal, 2-ci yerə 3 xal, 3-cü yerə 1 xal nəzərdə tutulub. Oyunçulara verilən xallar hesablanacaq və hər bir nominasiya üzrə qaliblər müəyyənləşəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

15.11.2019

02:07  Fransa - Moldova - 2:1 VİDEO

14.11.2019

13.11.2019

12.11.2019

11.11.2019

10.11.2019

18:24  “Qarabağ” – “Zirə” - HEYƏTLƏR

15:46  “Sabah” – “Sumqayıt” - HEYƏTLƏR

11:58  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:49  "Barselona" - "Selta" 4:1 VİDEO

00:25  "Brest" - PSJ - 1:2 VİDEO

00:12  "İnter" - "Verona" - 2:1 VİDEO

09.11.2019

23:43  "Eybar" - "Real" - 0:4 VİDEO

   
  O Q H M T-f X
1. Qarabağ 10 8 2 0 19-2 26  
2. Neftçi 10 5 3 2 15-8 18  
3. Keşlə 10 4 4 1 11-5 16  
4. Səbail 10 3 2 5 8-14 11  
5. Sumqayıt 10 3 2 5 11-15 11  
6. Sabah 10 2 4 4 10-11 10  
7. Zirə 10 2 4 4 10-16 10  
8. Qəbələ 10 1 3 6 6-19 6  
10.11Qarabağ ---Zirə
10.11Sabah ---Zirə
09.11Keşlə ---Neftçi
09.11Qəbələ ---Səbail
22.11Sumqayıt -Qarabağ
23.11Səbail -Sabah
24.11Neftçi -Qəbələ
24.11Zirə -Keşlə