Saşa Stamenkoviç: “Biz qrupa düşə bilərik”

29.08.2012 | 5195 dəfə oxunub

 

"Neftçi"nin xorvatiyalı qapıçısı Saşa Stamenkoviçin müsahibəsi


- APOEL-lə Bakıda baş tutan və 1:1 hesabı ilə başa çatan oyun barədə fikirlərini bilmək istərdik.

- Bu oyunda da göstərdik ki, qrupa düşə bilərik. Yaxşı oynadıq. Üstünlük, deyərdim ki, bizim tərəfimizdəydi. Bəlkə də heç bir oyunda bu qədər qol imkanımız olmamışdı. APOEL-i fərqli hesabla məğlub edə bilərdik, əgər həmin fürsətlərdən istifadə edə bilsəydik. Oyunun əvvəlində iki qol epizodumuz oldu. Bu cür oyunlarda hər ələ düşən fürsətdən istifadə etmək lazımdı. Ancaq bunu bacara bilmədik.

- Həlledici məqamlarda zərbə mövqeyinə çıxanlara nəsə mane olurdu. Nədi bu "nəsə"?

- Bunu bəxtlə bağlayardım. Mirhüseyn Seyidovun vurduğu zərbəni müdafiəçi qapı xəttinin üstündən çıxardı. Hələ bir neçə dəfə də yaxın məsafədən komanda yoldaşlarım "çərçivə"yə düşə bilmədi. Nəsə son vaxtlar bizimki gətirmir. Xüsusilə də avrkuboklarda. Bu qədər epizod olsun, sonda qələbə qazana bilməyəsən... Belə şeylər futbolu gözəlləşdirirsə, bizi də üzür.

- Ümumiyyətlə, bizim klublarda belə bir xəstəlik var. Oyunun sonunda hesabı açsaz da, qol üstünlüyünüz cəmi 1 dəqiqə sürdü…

- Deyərdim ki, bir qədər arxayınlaşdıq. Sona doğru artıq qələbə qazanacağımıza əmin idik. Bu rahatçılıq, əminlik bizi yıxdı. Sözün əsl mənasında. Hətta mən arxadan qışqırırdım ki, boşalmayın. Çünki rəqibin hücumda təzyiqi artıracağını görürdüm. Ona görə də müdafiədə boşluqların olmamasını komanda yoldaşlarıma tövsiyə edirdim. Ani bir anlaşılmazlıqda kiprlilər bərabərlik qolunu vurdu.

- Futbolçularınız həmin qolda sənin səhvinin olduğunu deyir. O topu çıxara bilərdin?

- Səhvin ancaq məndə olduğunu deməzdim. Bertuççi də topa çıxmışdı və mən onun topu buraxmasını istədim. Ancaq top Bertuççinin ayağına dəyib səmtini dəyişdi, mən də çatdıra bilmədim. Çünki artıq mövqeyimi itirmişdim. Rəqib də bundan istifadə etdi.

- Həmin topu yumruqlarınla uzaqlaşdıra bilməzdin?

- Hardasa gecikdim. Futbolda hər şey ani olur. Mən də səhv etdiyimi boynuma alıram. Burda müdafiəçi ilə aramızda anlaşılmazlıq yarandı. Kaş Bertuççiyə imkan verməyib o topu uzaqlaşdırardım. Vurulan qolda tək mən deyil, hamımızın səhvi var. Ümumiyyətlə, qol vurandan sonra boşalmamalıydıq. Arxayınçılığın qurbanı olduq.

- Böyükağa Hacıyev matç başa çatan kimi üstünə gələrək nəsə deyirdi. Sənə yaxınlaşıb vurmaq istəyirdi?

- O, baş məşqçidi, istədiyini deyə bilər. Çünki səhv ona da pis təsir etmişdi. Hər halda qələbə qazanmalı olduğumuz oyunu bu tərzdə bitirməməliydik. Hacıyevlə söz-söhbətimi unutmuşam. Öz aramızda olan bu məsələni müzakirə edib yoluna qoyduq. O da başa düşdü ki, mən bunu bilərəkdən etməmişəm. Sadəcə, arada anlaşılmazlıq baş verib. Hacıyev mənə başa saldı ki, belə oyunlarda bir səhv komandanın əleyhinə işləyir. O dedi, mən də qəbul etdim. Yenə deyirəm, baş məşqçi bu səhvə görə tək məndən yox, müdafiəçilərdən də hesab souşdu.

- Bu səhvdən sonra ruhdan düşməmisən?

- Hələ ki özümə gəlməyə çalışıram. Ona görə də "Qarabağ" - "Rəvan" oyununa getdim ki, könlüm açılsın. Komanda yoldaşlarım dəstəklərini əsirgəmirlər. Onlar məni daha yaxşı başa düşürlər. Çünki futbolda belə səhvlər olur.

- Qorxmursan ki, bu səhvdən sonra sən də Rauf Mehdiyev kimi əsas heyətdə yerini ititrərsən?

- Mən səhvimi başa düşdüm. Artıq komandadan gedib-getməyəcəyim isə rəhbərliyin və baş məşqçinin ixtiyarına qalır. Düzü, matçdan sonra bir müddət özümə gələ bilmədim. Bu, məni üzür. Ancaq gəlin bunu da tək mənim ayağıma yazmayın. Hansı qapıçı istəyər ki, qələbəni əldən versin? Onsuz da "Hapoel"lə o uğursuzluqdan sonra bu oyuna köklənmişdik. Bütün gücümüzü də bu oyuna qoyduq ki, nəsə edək. Hər bir insanın həyatda səhvi olur. Bu səhv də karyeramda ən acı doğuran bir hadisəydi. Yəqin ki, xeyli müddət yadımdan çıxmayacaq.

- Klub rəhbərliyi buna görə səni cəzalandırdı?

- Bu barədə heç nə deyə bilmərəm. Mən cəzamı çəkməyə hazıram. Onsuz da bu ağrı-acını və cəzanı ürəyimdə çəkirəm. Yəqin ki, onlar məni yaxşı başa düşərlər. Bununla bağlı hələ heç nə deyə bilmərəm.

- Kiprdə cavab oyununa çıxacaqsınız. Ümid edirsən ki, şansınız var?

- APOEL güclü rəqibdi. Nəzərə al ki, burda istədikləri oyunu göstərə bilmədilər. Belə deyək, biz onlara imkan vermədik. Kiprdə də belə oynasaq, mərhələ adlayan tərəf olacağıq. Hələ heç nə itirlməyib. Əsasən bu psixoloji durumu üstümüzdən atıb, səfərə ciddi hazırlaşmalıyıq. Biz orda da layiqli oyun göstərmək istəyərdik. Nikosiyada hesab açılmasa, Bakıdakı nəticə onları qrupa aparsa, bu, məni üzəcək. Ancaq ilk növbədə çalışmalıyıq ki, biz qol vuraq, hesabı erkən açaq. Ondan sonra nəyin bahasına olursa-olsun qələbəni qoruyub saxlayacağıq. Burdakı səhvimizi çıxmaq şərtiylə o oyunu göstərə bilsək, qrupa düşmək olar.

- APOEL iki aparıcı üzvünü bura gətirməmişdi. Kiprlilər evdə başqa cür oynamayacaqlar? Yəni, fikirləşirsən ki, "Dalğa"dakı oyunu sərgiləyəcəklər?

- Sözsüz ki, kiprlilərin hədəfi evdə bizə qalib gəlməkdi. APOEL Çempionlar Liqası və Avroliqanın qrup mərhələsində çıxış edən klubdu. Əlbəttə ki, ilk oyundan nəticə çıxarıb evdə başqa cür oynayacaqlar. Nə qədər çətin olsa da, bu rəqibi keçə bilərik. Xüsusilə də Bakıda qələbə qazansaydıq, səfərdə sərfəli hesabı qoruya bilərdik. İlk dəfəydi ki, əlimizə belə şans düşürdü.

Sport Favorit



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail