Böyükağa Hacıyev: “Sabahkı oyunda şanslar 70-in 30-a “Nerftçi”nin xeyrinədir”

29.08.2012 | 6227 dəfə oxunub


Sabah Avroliqanın play-off mərhələsi çərçivəsində səfərdə APOEL-lə qarşılaşacaq “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bu gün Kiprdə oyunqabağı mətbuat konfransı keçirib. Stadium.az-ın Kiprə ezam olunmuş müxbiri xəbər verir ki, mətbuat konfransında azərbaycanlı jurnalistlərlə yanaşı, yalnız 1 yerli media nümayəndəsi iştirak edib. “Neftçi”nin baş məşqçisi ilk növbədə sabahkı qarşılaşmayla bağlı fikirlərini açıqlayıb: “İlk oyunda rəqibin bəxti gətirdi. Oyun ərzində 3-4 real qol şansını əldən verdik. Sabah çox maraqlı oyun olacaq. Uğurlu nəticə qazanmaq üçün bütün gücümüzü meydanda qoymalıyıq. Çünki tarixi şansımız var. Mərhələ keçib, qrupa yüksəlsək Azərbaycan futbolunda tarix yazacağıq”.

B.Hacıyev bildirib ki, sabahkı matçda hücum futbolu nümayiş etdirəcəklər: “Keçən dəfə də demişdim ki, heç vaxta müdafiə futbolu oynayıram. Mənim işim elədir ki, ya vurum, ya da sən vur. Sabah qapımızın toxunulmazlığını qorumaq şərtilə hücum futbolu oynayacağıq”.

Təcrübəli mütəxəssis şanları belə dəyərləndirib: “Sabahkı oyunda şanslar 70-in 30-a “Nerftçi”nin xeyrinədir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail