Hafiz Məmmədov: “Neftçi”nin uğuru həqiqətən də tarixi qələbədir”

31.08.2012 | 18298 dəfə oxunub


"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Neftçi"ni tarixi qələbə münasibəti ilə təbrik edib. Stadium.az “Bakı”nın rəsmi internet saytına istinadən xəbər verir ki, UEFA Avropa Liqası pley-off mərhələsinin APOEL - “Neftçi" oyunu başa çatar-çatmaz Azərbaycan çempionuna təbriklərini ünvanlayan Hafiz Məmmədov bu qələbənin bütün Azərbaycan futbolunun uğuru kimi dəyərləndirdi və "Neftçi"yə bu mötəbər turnirin qrup mərhələsində daha böyük nailiyyətlər arzulayıb.

“Bu, həqiqətən də, tarixi qələbədir. Sevincimizin həddi-hüdudu yoxdur. AFFA prezidenti Rövnəq Abdullayevi, "Neftçi" klubunun prezidenti Sadıq Sadıqovu təbrik edirəm, bu insanların zəhməti öz bəhrəsini verdi, "Neftçi" bütün xalqımızı sevindirdi. Bütün Azərbaycan futbolsevərlərinə gözünüz aydın olsun - deyirəm. "Neftçi" UEFA səviyyəli turnirdə bir ilkə imza atdı. İnanıram ki, bu qələbələrin ardı gələcək”.

"Bakı" futbol klubunun kollektivi və azarkeşləri klub prezidentimizin təbriklərinə qoşulur, Azərbaycan futbolsevərlərini təbrik edir və "Neftçi"yə daha yüksək pillələri fəth etməsini arzulayır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail