Zaur Axundov: "23 min azarkeş dəstəyi qarşısında belə gözəl oyun göstərmək asan məsələ deyildi"

31.08.2012 | 6137 dəfə oxunub

APOEL - "Neftçi" oyununu stadiondan izləyənlər arasında Futzal Federasiyasının prezidenti Zaur Axundov da vardı. "Stadium.az"ın əməkdaşı ilə söhbətində Axundov qarşılaşma barədə belə danışıb:

* Mən də Futzal Federasiyasının adından "Neftçi"ni, "Neftçi" sevərləri, bütün Azərbaycan xalqını qələbə münasibətiylə təbrik edirəm. Böyük uğurdur, böyük nəticədir. İndi arzu edirəm ki, qrup mərhələsini keçib 16/1 final mərhələsində oynayaq. "Neftçi" bu gün Azərbaycan futbolunda yeni - parlaq bir səifə yazdı. Bu uğuru komandada kiminsə ayağına yazmaq lazım deyil, hamının uğurudur. Prezidentlərindən tutmuş, siravi işçilərinə qədər hamısının bu qələbədə əməyi var.

* Əlbəttə, daha əvvəl komandamızın belə uğur qazanacağına inam az idi, amma oyundan bir gün əvvəl düşərgədəki ab-hava adamda belə inam yaratmışdı. Məşqçi heyəti də olduqca inamlı davranırdı. Bundan sonra inanmağa başlamışdım. Futbolçular çox gözəl oyun nümayiş etdirdilər. Qələbəyə isə sabahdan başlayacağıq sevinməyə. Bu komandanın ötən mövsüm Çempionlar Liqasında etdikləri hamıya məlum idi, amma bu gün biz daha yaxşı oynadıq, layiqli qələbə qazandıq. Futbolumuzda ilk komandadır ki, "Neftçi" qrup mərhələsində oynayacaq. "Neftçi"yə uğurlar!

* Təbi ki, qrup mərhələsində necə çıxış edəcəyimiz rəqiblərdən aslı olacaq, amma orada da oynamaq olar. Əgər bu komanda APOEL-ə qarşı Kiprdə oynadığı futbolu digər komandalara qarşı göstərə bilsə, istənilən komandaya qarşı oynaya bilər. Çünki "Neftçi" Avropa standardlarına uyğun oyun göstərdi.23 min azarkeş dəstəyi qarşısında belə gözəl oyun göstərmək asan məsələ deyildi.

* Vobayın ikinci qolundan sonra məndə tam arxayınlıq yarandı ki, biz artıq qrup mərhələsindəyik. Orada Vobayın meydanı görməsi, qapıçının da bir neçə metr öndə olması qolla nəticələndi ki, bu da oyunun qırılma anı idi.


Vüsal Bəbirli, Nikosiya, Cənubi Kipr



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail