AFFA prezidenti “Neftçi”nin tarixi zəfərinə münasibət bildirdi

31.08.2012 | 4475 dəfə oxunub


AFFA-nın prezidenti Rövnəq Abdullayev "Neftçi" klubunun UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib. Stadium.az xəbər verir ki, federasiya başçısı çempionumuzun tarixi zəfərini sevinclə qarşılayıb: "Çox sevindirici haldır ki, Azərbaycan futbolunun tarixində daha bir əlamətdar ilkin şahidi olduq. Futbol tariximizdə ilk dəfə təmsilçimizin UEFA klub yarışlarında qrup mərhələsinə vəsiqə qazanması böyük uğurdur. Bu münasibətlə "Neftçi" klubunun kollektivini və ölkəmizin futbol ictimaiyyətini təbrik edirəm.

Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən "İdman ili" elan olunmuş 2012-ci ildə bu uğurun qazanılması ölkə idmanının inkişafına bir töhfədir. London Yay Olimpiya Oyunlarında əldə olunmuş uğurlardan sonra futbol sahəsində də qazanılan bu müvəffəqiyyət idman ictimaiyyətimiz üçün hədiyyədir. Bu, eyni zamanda, futbolun inkişafı məqsədilə seçilmiş istiqamətin, müəyyənləşdirilmiş strategiyanın düzgün olmasının göstəricisidir. Əminəm ki, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın müddəalarına uyğun olaraq həyəta keçirilən tədbirlər nəticəsində daha böyük nailiyyətlər qazanılacaq.

"Neftçi" klubuna UEFA Avropa Liqasının qrup mərhələsində də uğurlar arzulayıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail