“İnter” Gürcüstanda hazırlıqlarını davam etdirir
Gürcüstandakı təlim-məşq toplanışını davam etdirən “İnter”
növbəti məşqlərinə çıxıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər
verir ki, komandanın səhərki hazırlığında futbolçular isinmə hərəkətlərindən
sonra fiziki tapşırıqları yerinə yetiriblər.
Axşam məşqində isə "İnter"in oyunçuları topla çalışıblar. Topla hərəkətlər
edən futbolçular daha sonra qapıya zərbələr endiriblər, yekunda isə iki tərəfli oyunla bu günlük hazırlıq
tamamlanıb.
"İnter" Gürcüstana 21 futbolçuyla gəlib.
Bunlar qapıçılar - Giorgi Lomaya, Revaz Tevdoradze, Elşən Poladov, müdafiəçilər-
Ruslan Əmircanov, Valeri Abramidze, İlia Kandelaki, Xaynts Barmettler, Ruslan Cəfərov,
yarımmüdafiəçilər- Fuad Bayramov, İbrahima Niasse, Slavço Georgiyevski, Daniel
Genov, Asif Məmmədov, Samir Zərgərov, Mirsahib Abbasov, Aleksandr Qross, Coşqun
Diniyev və hücumçular-Tale Şütz, Giorgi Adamiya, Baçana Tsxadadze və Ramil
Mansurov.
Qeyd edək ki, hazırda Azərbaycan yığmasın sərəncamında
olan Vladimir Levin, Nizami Hacıyev və Arif Daşdəmirov, Azərbaycanın U-17
millisinin düşərgəsində olan Abdulla Abatsiyev "İnter"in toplanışda
iştirak etmirlər. Bundan başqa, zədə səbəbindən Petar Zlatinov da Gürcüstana
aparılmayıb. Müdafiəçi Brüs Abdullaye isə komandaya sentyabrın 3-də qoşulacaq.
Əlavə edək ki, hazırlıq planına əsasən komanda
Gürcüstanda iki yoldaşlıq matçında qüvvəsini sınayacaq. İlk matç ayın 4-ü baş
tutacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |