“Partizan”ın kapitanı: “Düşünmürəm ki, "Neftçi" ilə oyunlarımız asan keçəcək”

02.09.2012 | 4033 dəfə oxunub


Avroliqanın qrup mərhələsinin ilk oyununda öz meydanında “Neftçi”ni qəbul edəcək Serbiyanın “Partizan” klubunun kapitanı Saşa İliç qarşıdakı matç haqda fikirlərini bölüşüb. Stadium.az xəbər verir ki, İliç bütün rəqiblərə hörmətlə yanaşdıqlarını bildirib: “Avroliqanın qrup mərhələsinə yüksəldiyimiz üçün çox şadam. Qrup mərhələsində zəif rəqib olmur. Ona görə də, bütün rəqiblərə hörmətlə yanaşırıq. Qrupda bizi çətin oyunlar gözləyir. Ancaq ilk görüşümüzün "Neftçi" ilə düşməsi yaxşı oldu. Çünki digərləriylə müqayisədə "Neftçi" bizə daha uyğun rəqibdir. Əgər ilk görüşdə qələbə qazana bilsək, bu, bizim növbəti oyunlarımıza da müsbət təsir göstərəcək. Lakin düşünmürəm ki, "Neftçi" ilə oyunlarımız asan keçəcək. "Neftçi"nin APOEL klubunu mübarizədən kənarlaşdırması bu komandanın gücündən xəbər verir. Məncə, Rusiya və Azərbaycana yolun uzaqlığı da bizə müəyyən problemlər yarada bilər. Bununla belə, istənilən vəziyyətə hazır olmalıyıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail