Cirque du Soleil DÇ-2012-nin açılışında çıxış edəcək

03.09.2012 | 3899 dəfə oxunub


Regionda ilk dəfə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mərasimində dünyaşöhrətli Cirque du Soleil çıxış edəcək. Stadium.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiyasiyası elan edib. Tədbir Tofiq Bəhramov adına Respublika Stadionunda 22 sentyabr 2012-ci il tarixində baş tutacaq.

Cirque du Soleil xüsusi olaraq bu hadisə üçün yeddi dəqiqəlik bir çıxış hazırlayıb. Cirque du Soleil-i buna ilhamlandıran üç amil olub: 4 əsas ünsür (yer, su, hava və od), Azərbaycan mədəniyyətinin vizual simvolları və bayram əhvali-ruhiyyəli oyunları.

Cirque du Soleil akrobatları rəqqasların və bu şouda iştirak edən yerli könüllülərin dəstəyi ilə öz çıxışlarında Azərbaycanın qədim ənənələrini uca tutaraq nəyinki onun idman, futbol və həmçinin də mədəni komponentləri nümayiş edəcəklər. Yeddi dəqiqəlik çıxış bu tədbir üçün xüsusi bəstələnmiş və özündə Azərbaycan milli musiqi ənənələrini və məhz Cirque du Soleil tamaşalarına xarakterik olan musiqi müşayiəti altında keçəcək.

Bakı – müasir, rəngarəng və ünsiyyətə açıq olan bir şəhərdir. Cirque du Soleil bu unikal əsəri yartamaq üçün yerli istedadlar və könüllülər ilə çox sıx əlaqəli iş birliyi aparır. FIFA U-17 qadınlararası dünya çempionatının Azərbaycan 2012-nin açılış mərasimi dünyanın 105 ölkəsinə televiziya vasitəsilə birbaşa yayımlanacaq.
 
Cirque du Soleil
Cirque du Soleil mənzil qərargahı Kanadanın Monreal şəhərində yerləşir. Öz tanınmış şouları ilə yanaşı şirkət istedadını başqa fəaliyyət növlərinə də yönəldir. Keyfiyyət standartlarını və unikallığını qoruyub saxlayaraq Cirque du Soleil yaratdığı hər bir şou və innovasiyalı layihələrə macəra abu-havası və enerjisi qatır.
 
Yarandığı 1984-cü ildən Cirque du Soleil dünyanın 40 ölkəsinin 300 şəhərində 100 milyon tamaşaçının qəlbinə sevgi və heyranlıq hissi bəxş edib. Hal-hazırda Cirque du Soleil komandasında 5000 nəfər insan çalışır. Bunların arasında təxminən 50 ölkədən 1300 artist var. Qeyd etmək lazımdır ki, bu, Azərbaycanda və Cənubi Qafqazda Kanada sirk artistlərinin ilk çıxışı olacaq.

2012-ci ilin sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda  və ümumiyyətlə Avrasiyada ilk dəfə keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatı bu yaş kateqoriyaya görə FIFA bayrağı altında təşkil olunan üçüncü turnir olacaq.
 
Çempionatın məhz Azərbaycanda keçirilməsi haqqında qərar 19 mart 2010-cu ildə qəbul olunmuşdur. Turnirin başlanmasına 305 gün qalmış isə Dünya çempionatın açılışına qədər günləri sayan xüsusi sayğac işə salınmışdır.
 
Turnirdə 16 komanda iştirak edəcək. Azərbaycan avtomatik olaraq təşkilatçı ölkə kimi qiymətləndirilir. Qalan 15 komanda isə 2010-cu ilin oktyabr ayından başlayan seçmə mərhələ oyunlarında müəyyənləşdirilib.
 
Cirque du Soleil haqqında daha ətraflı burada - www.cirquedusoleil.com
ONE DROP Foundation haqqında daha ətraflı burada - www.onedrop.org
Yarışlar haqqında daha ətraflı burada - http://www.fifa.com/u17womensworldcup




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail