“Neftçi” dünya klublarının reytinqində 261 pillə irəlilədi

03.09.2012 | 4954 dəfə oxunub


Beynəlxalq Futbol Federasiyaları Tarixi və Statistikası (İFFHS) dünya klublarının növbəti aylıq reytinq cədvəlini açıqlayıb. Stadium.az xəbər verir ki, Avroliqanın qrup mərhələsinə yüksələn “Neftçi” fantastik sıçrayış edərək, 261 pillə irəliləyib. Komandamız 566-cı pillədən 305-ci yerə yüksəlib. “Neftçi”nin aktivində 73 reytinq balı var.

“Neftçi”nin Avroliqanın qrup mərhələsindəki rəqiblərindən “İnter” 29-cu, “Rubin” 83-cü, “Partizan” isə 125-ci pillədə qərarlaşıb.  

“Neftçi”nin Avroliqanın qrup mərhələsinə həsrət qoyduğu APOEL “Arsenal” (Sarandi, Argentina) ilə birgə 47-48-ci yerləri bölüşdürür.

Siyahıya əvvəlki kimi “Barselona” başçılıq edir. Çilinin “Universidad de Çili” klubu ikinci, Madrid “Real”ı üçüncüdür. “İlk 10-luq”da həmçinin “Boka Xuniors”, “Çelsi”, “Atletiko”, “Atletik”, “Bavariya”, “Libertad Assunsion” və “Korintians” klubları qərarlaşıb.

Türkiyə klublarından “Fənərbaxça” 62-ci, “Beşiktaş” 79-cu, “Trabzonspor” 84-cü, “Bursaspor” 111-ci, “Əskişəhirspor” 154-cü, “Qalatasaray” 174-cü, “Sivasspor” 311-ci, “Karabükspor” isə 387-ci pillədə qərarlaşıb.    



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail