Aleksandr Soliç: "Bülent Qorxmaz karyeramda, oyunumu tapmağımda böyük rol oynayıb"

03.09.2012 | 9180 dəfə oxunub


"Bakı"nın yarımmüdafiəçisi Aleksandr Şoliç öz rəsmi saytında azarkeşlərin suallarını cavablandırıb. Stadium.az Soliçin müsahibəsini təqdim edir:
 
- Premyer liqada 4 tur arxada qalıb. "Bakı"nın çempionatdakı oyununu necə qiymətləndirirsiniz?

- Mən optimistəm. Fikrimcə, biz həmişə olduğu kimi mükafatçılar sırasına düşəcəyik. Çünki, mövsümə yaxşı hazırlıq keçdik. Baş məşqçinin üslubu da xoşuma gəlir. Turnir cədvəlində altıncı yerdə olmağımızı şanssızlıq kimi dəyərləndirirəm. Bizim bir neçə oyunda bəxtimiz gətirmədi. Bunun əsas səbəblərindən biri müvəqqəti olaraq ev oyunlarımızı sintetik meydançada keçirməyimizdir. İlk oyunda "Simurq"la heç-heçəni ədalətli sayıram. "Rəvan"la oyunda isə oyun boyu üstün tərəf biz olsaq da, onlar əldə etdiyi yeganə hücumdan faydalana bildilər və heç-heçə oldu. Biz “Rəvan”la iki xal itirdik. Üçüncü “Kəpəz”ə qarşı oyunda isə onlarla təhlükəli vəziyyət yaratsaq da yalnız üçündən faydalana bildik. Əsas olan üç xal idi ki, bunu qazandıq. Ümumiyyətlə belə meydançaların əlehinəyəm. Sintetikada texnikalı oyun göstərmək çətindir. Çempionata yaxşı başlamadıq. İndi hər şey yoluna düşür. Komandamız gün-gündən artırır. Əgər sən udub pis oynayırsansa bunun gələcəyi yoxdur. Ən əsası yaxşı oyun göstəririk. Növbəti turlarda siz bunu görəcəksiniz.
 
- "Neftçi" UEFA Avropa liqasının qrup mərhələsinə adladı. Çempionatdakı əsas rəqibinizin bu uğurunu necə qiymətləndirirsiniz?

- Çox sevinirəm. Onları bir daha təbrik edirəm. Bunu etmək üçün çox ağır zəhmət çəkmək lazımdır. Azərbaycan futbolu adına böyük uğurdur. Onlar ilk olaraq bu yolu açdılar. Fikrimcə, bundan sonra bütün klublarınıza bu yol daha asan görünəcək. Növbəti illərdə başqa klublar da belə uğur qazanacaq. Çünki “Neftçi” bunun mümkün olduğunu hamıya göstərdi. Azərbaycanın heç vaxt qruplara düşə bilməyəcəyini deyənlər, burada yaxşı futbolçuların olmadığını deyənlər başa düşdü ki, Azərbaycan çempionatı çox güclüdür.
 
- “Bakı”nın Avrokuboklarda yaxşı çıxış etməsinə nə mane olur?

- Mərhələ adlamaq, daha da irəli getmək tək futbolçulardan asılı deyil. Burada sərfəli püşkün də rolu az deyil. Bəxt amili, hakim və s. rolu var. Bir neçə dəfə uğur qazanmaq üçün şansımız olub. Çoxları “Mura”nı zəif adlandırsa da, onlar Avroliqanın "play-off" mərhələsinə qədər irəlilədi. İnanıram ki, gələn il biz daha uğurlu çıxış edəcəyik.
 
- Bosnya və Hersoqovina millisinə dəvət edilməməyinizi necə izah edirsiniz?

- İki dəfə millinin heyətində olmuşam. Bosniyada futbolçular Avropanın ən yaxşı klublarında çıxış edir. Millimiz çox güclüdür. Bura gələndə mənə açıq şəkildə dedilər ki, Azərbaycan futbol ölkəsi deyil. Burada futbol yoxdur. Ora gedirsənsə, millini unut. Onlar mənim Avstrya və ya Almaniyada oynamağımı istəyirdi. Avstriya variantı son anda alınmadı və "Bakı"ya gəldim. Bura gəldiyim üçün peşman deyiləm. Üç il ərzində burada çox inkişaf gedib. "Neftçi" də qrupa düşdü. Biz də uğurlu çıxış etsək yəqin ki, milliyə dəvət edəcəklər.
 
- İndiki saç ustanızın adı nədir. Belə gözəl saç düzümünü hansı salonda edirsiz?

- Saçımı Park Bulvarda fəaliyyət göstərən salonda kəsdirirəm. Ustamın adı Sevadır, azərbaycanlıdır.
 
- Sizin üçün “Bakı”da hansı məşqçi ilə işləmək daha rahat idi?

- “Bakı”nın bütün məşqçiləri ilə yaxşı münasibətim olub. Mənim üçün baş məşqçinin heç bir fərqi olmayıb. Əsas məqsədim onların tapşırıqlarını meydanda düzgün yerinə yetirib komandama uğur qazandırmaq olub. Bülent Qorxmaz isə mənim karyeramda, oyunumu tapmağımda böyük rol oynayıb. Onunla münasibətlərimiz peşəkarlıq üzərində qurulmuşdu. Həmişə bir-birimizə hörmətlə yanaşmışıq. O mənə meydanda sərbəstlik vermişdi. Mən də bundan istifadə edərək özümü göstərirdim.
 
- Azərbaycan çempionatında sizin mövqeyinizdə oynayan hansı yarımmüdafiəçinin oyununu bəyənirsiniz?

- Bir çoxlarının oyununu bəyənirəm. Flavinyo daha çox xətti oyuna üstünlük verir.Georgi Adamiya da yaxşı oyunçudur. Biz onunla bir yerdə də oynamışıq. “Xəzər Lənkəran”dan Rahid Əmirquliyevi də bəyənirəm. O bir qədər müdafiədən oynayır. Onun oyununu bizdə Kovaçeviçin oyununa bənzədirəm. “Qəbələ”də Dodo da yaxşıdı. Bir neçə oyunçu var ki, onların adlarını bilmirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail